Sosial (17-04-2024, 12:40)
Qayğıkeş insan, gözəl həkim, istedadlı alim
Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi baxıb. Sənətini yaxşı bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə duran həkimlərin xətrini el-obada həmişə əziz tutublar. Təsadüfi deyil ki, zaman-zaman ağıllı,savadlı və mütərəqqi adamları loğmanla müqayisə ediblər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da, bir o qədər də şərəflidir. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, yaşamağa ümidlərini artırmaq, xoş bir sözlə könüllərini ovutmaq-həkimlik peşəsinə və insanlığa xas olan əlamətlərdir. Düzgün müayinə aparıb, düzgün diaqnoz qoymaq isə müsbət nəticə almaq üçün əsas şərtdir. İşini yaxşı bilən həkimin qapısını döyənlər həmişə çox olur.
Həkimlik - xalq tərəfindən sevilən,seçilən,qəbul edilən və hörmətə layiiiq bilinən bir sənətdir.
Elm və sənət insanın həyatda əldə etdiyi ən böyük nailiyyətdir. Elm və sənət insanın bilik və bacarığının son nəticəsidir. Elm və sənət insanın həyatının zənginliyin özüdür.
İnsanın əldə etdiyi nailiyyətlər onun Elm və sənəti ilə ortaya çıxır. Bilik bə bacarığın nəticəsi insanın əməyinin dəyəridir. İnsanın mənəvi zənginliyi onun elmi və sənəti ilə şərtlənir.Bu gün haqqında danışacağımız şəxs Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən 24 saylı Şəhər Poliklinikasınının baş həkimi Əsədulla Sultanovdur.Əsədulla Sultanov t.e.n.,dosent eyni zamanda Azərbaycan Tibb Universitetinin III cərrahi xəstəliklər kafedrasının müəllimi kimi fəaliyyət gösdərib. Söylədiyi mühazirələr, gənclərə xüsusi qayğı ilə yanaşması, bildiklərini onlara sevə-sevə öyrətməsi bu həkimin xeyirxahlığından xəbər verir. Bütün bu gözəl keyfiyyətlərinə görə işlədiyi kollektiv üzvlərinin və tələbələrin hörmət və məhəbbətini qazanan Əsədulla həkim sözün əsl mənasında sənətinin vurğunudur.
Əsədulla həkim tibb elminin ən dərin qatlarını öz zəhməti ilə əldə edib.O, tibb elmini yuxusuz gecələrinin zəhməti hesabına qazanıb. O həyatını həm elmə, həm sənətə, həm el obaya, həm insanlığa, həm də ki ölkəyə həsr etdi. Əsədulla həkim uzun müddət Ə. D. Məlikov adına Binəqədi Tibb Mərkəzində direktor vəzifələrdə işləyərək böyük əməyi ilə Azərbaycan səhiyyəsinə öz töhfəsini verib. 24 saylı Şəhər Poliklinikasınının baş həkim təyin olunduğu gündən insanlara səmimi, diqqətli davranır.Ona müraciət edən hər kəsə əsl həkim, əsl insan kimi münasibət gösdərir.Təyin olunduğu gündən poliklinikanın girişindən tutmuş həyətyani sahəyə kimi olan təmizlik,poliklinikadakı səliqə- səhman,işçilərin və pasientlərin üzündəki xoş təbəssüm buradakı "müsbət atmosfer"in olmasından xəbər verir
İnsanlara sağlam həyat bəxş etmək həvəsi, daim mədəni, tibbi xidmət göstərməkdən usanmamaq həmişə olduğu kimi, yenə də Əsədulla həkimin ən ümdə istəyi, vəzifəsidir. O, yaxşılıq etməkdən yorulmur, ən çətin anlarda haraya çatmağı, xəstələrlə şəxsən özü təmasda olmağı, onların dərd-sərlərini səbirlə dinləyib, dəyərli məsləhətlər verməyi özünün peşə borcu hesab edir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024