Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (4-12-2024, 20:29)
Dövlətə və xalqa sədaqətli xidmət nümunəsi – PORTRET



Mənə elə gəlir ki, hər bir insan özünün taleyinə görə yaradılıb. İnsanların həyat yolunu müşahidə etdikdə onların mənəvi aləmi, fitrəti ilə taleyi arasında qəribə bir ahəngin şahidi oluruq. Görünür, həyatda təsadüfi heç nə yoxdur. Hər şey müəyyən qanunauyğunluqla nizamlanır.İnsanlar həmişə yaxşı işlər görməli, yaxşı insanlar olmalıdırlar. Xeyirxah insanları hamı  sevir və hörmət edir.Onlar həm də Allahın məhəbbətini qazanırlar.Müqəddəs kitabımız olan Quran yaxşı insan olmağın vacibliyindən bəhs edir.Haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi, sözün əsl mənasında ziyalı, xeyirxah insan və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov - bu gün özünə hörmət  qazanan şəxslərdən biri olmaqla, yuxarıda sadaladığımız fikrin obyektivliyinə inanmalı oluruq. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi onu tanıyanlar tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb.Əziz Əzizov müstəqillik illərində, 1992–1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993–1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışmışdır.O,2006–2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2018–2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, 2019-2024-cİ illərdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.Azərbaycan Respublikasının Prezidentinin 8 iyul 2024-cü il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
 Əslində onun portret yazısına ZAMANIN istənilən rakursundan başlamaq olar – DÜNƏNdən də, BU GÜNdən, SABAHdan da...
DÜNƏNdən başlamaq olar, çünki o, dünən də çalışdığı sahədə qərəzsiz, təmənnasız, lakin tələbkar münasibətlərə söykənən bir stillə işləyib,tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlib.
BU GÜNdən başlamaq olar, çünki o, bu gün öz təcrübəsi, bilik və bacarığı, peşəkarlığı ilə Azərbaycan dövlətçiliyinə layiqli xidmətin nümunəsini yaradır, ona çalışdığı sahədə göstərilən etimadı ləyaqətli şəkildə doğruldur.Əziz Əzizov hansı rayonun rəhbəri vəzifəsində çalışıbsa dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü,həmən rayon icra  aparatın məsul işçiləri, hüquq-mühafizə orqanları və digər idarələrin rəhbərləri ilə birgə vaxtaşırı olara yerlərdə görüşlər və səyyar qəbullar keçirir,vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir. Yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, Əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir,sakinlərin,aztəminatlı ailələrin bütün qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində azad olunmuş  torpaqlarımızda quruculuq işlərinin sürətlə getdiyini qeyd edir,bütün məcburi köçkünlərin evlərinin tezliklə bərpa olunacağını və ata-baba yurdlarına tezliklə dönəcəklərini əminliyini vurğulayır.Qəbullarda iştirak edən  sakinlər onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər.Əziz Əzizov bir çox hallarda sakinlərin evlərində olur, onların qayğı və problemləri ilə yerindəcə tanış olur.
SABAHdan başlamaq olar, çünki o, dünən qazandığı, bu gün davam etdirdiyi uğurları ilə gələcəkdə də yeni nailiyyətlərə imza atacağının müjdəsini verir. Hazırda çalışdığı Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı kimi təmiz adını və reputasiyasını qoruduğu kimi, sabah da, biri gün də, bir sözlə, hər zaman bu adı qoruyacağına dair insanda sarsılmaz inam aşılayır.
  Əziz Əzizovun ən mühüm özəlliklərindən biri hansı vəzifədə çalışmasından asılı olmayaraq öz işinin öhdəsindən peşəkarcasına və vicdanla gəlməsidir. Onun üçün vəzifənin kiçiyi-böyüyü yoxdur. Onun üçün başlıcası, önəmlisi ona tapşırılan, üzərinə düşən işi məsuliyyətlə və müvəffəqiyyətlə yerinə yetirməkdir. Yorulmadan qurmaq, yaratmaqdır. İşgüzarlıq, çalışqanlıqdır. Hansı rayonun rəhbəri  işləyirsə işləsin müsbət izlər buraxmaq, həmin rayonu irəli aparmaqdır.Bu bacarıq yalnız Xalqına məhəbbəti, Dövlətinə sədaqəti özünün həyat prinsipi seçənlərə xasdır.Eynilə Əziz Əzizov kimi!
  Öz işinin mükəmməl bilicisi olan Əziz Əzizov  daha mənalı ömür yaşayır, mümkün olduğundan da artıq iş görməyə çalışır.Böyük bir rayonun rəhbəri olaraq yerlərdən gələn təşəbbüslərə, qaldırılan məsələlərə operativ münasibət göstərmiş, onların həllinə köməklik etməklə bərabər, həm də demokratik iş metodlarının bərqərar olmasına şərait yaratmışdır. Hər kəs istənilən an və çəkinmədən öz ürək sözünü rayon rəhbərinə çatdırıb deyə bilir.O hər zaman xeyirxah əməllər, yüksək mədəniyyət və qabiliyyət sahibi kimi tanınmışdır.Əziz müəllimin mövqeyindən, işindən və əməlindən hələ heç bir kəs zərər çəkməyib, çətinliyə düşməyib. Çünki o, əsilli-köklü insandır, saf və təmənnasız ziyalıdır. Qürurun, əyilməzliyi və dönməzliyiylə, nəhayət, əsl bəyzadəliyiylə onu tanıyan insanın qəlbində özünə əbədi heykəl ucalda bilmişdir. İctimaiyyətlə sıx əlaqəsi, xoş rəftarı işlədiyi insanlar arasında ona böyük nüfuz qazandırmışdır.Əziz müəllimi fərqləndirən cəhətlərdən biri də budur ki, öz təmiz adını, nüfuzunu qorumağı bacarır, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır.O müdrikcəsinə bilir ki, həyatda yalnız tutduğun yol əbədidir, amal əbədidir,əməl əbədidir.
Yolu, amalı, əməli düz olanların mükafatını isə Tanrı da, Tarix də, Tale də artıqlaması ilə verir.
  
       Əfqan Bəhluloğlu
Mediatv.az xəbər portalının rəhbəri
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025