Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (31-07-2024, 11:29)
“Təhsil Nazirliyinin işçisiyəm” deyərək qadınları aldatdı - QƏRAR

“Təhsil Nazirliyinin işçisiyəm” deyərək qadınları aldatdı
Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Yusif Səfərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və Yusif Səfərov məhkəmə iclas zalında həbsdən azad edilib.

İttihama görə, Yusif Səfərov 3 qadına qarşı dələduzluq edib. O, sosial şəbəkədə tanış olduğu həmin şəxslərə özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edib.

Belə ki, təqsirləndirilən şəxs 2023-cü ildə tanışı, zərərçəkmiş Mələk Qafarovanı (şərti) məktəb direktorunun müavini vəzifəsinə təyin etdirəcəyini yalandan vəd verərək ondan 13440 manat pul alıb.

Bundan başqa, Yusif digər tanışı, zərərçəkmiş Nərmin Dadaşzadənin (şərti) müqavilə əsasında əvvəllər işlədiyi Abşeron rayonu 1 saylı orta məktəbində müəllim vəzifəsinə qəbul etdirəcəyini yalandan vəd verib aldadıb. O, bu yolla qadının 3500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan o, zərərçəkmiş Mədinə Fərəcovanın (şərti) baldızını Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin sertifıkasiya imtahanında yüksək bal toplayaraq imtahandan müvəffəqiyyətlə keçməsini təmin edəcəyini və eyni zamanda qadının məktəbli qızı oxuduğu Abşeron rayonundakı məktəbdən Bakı şəhərində yerləşən digər orta təhsil məktəbinə dəyişdiriləcəyini yalandan vəd verib. Yusif bu yolla zərərçəkmişin ümumilikdə 5500 manata pulunu alaraq dələduzluq edib.

İstintaq dövründə Yusif zərərçəkmişlərə dəymiş ziyanı ödəyib və həmin şəxslər ondan şikayətçi olmadıqlarını bildiriblər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024