Sosial (24-07-2024, 06:12)
Bu şirkət elektrik xətti çəkilişi ilə bağlı 14,4 milyonluq - TENDERLƏR UDDU
“Azərişıq” ASC 2 tenderə yekun vurub.
Dia-az.İnfo xəbər verir ki, hər 2 tenderin qalibi “Harmony İndustrial Construction and Engineering Group” MMC şirkəti olub.
Belə ki, qalib şirkətlə “Azərişıq” ASC arasında “Laçın rayonu, Minkənd yaşayış məntəqəsi ərazisində 35 kV-luq "Minkənd" yarımstansiyasının tikintisi və "Ağbulaq-SES"- "Minkənd" yarımstansiyaları arası 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) xəttinin çəkilməsi işləri” tenderi üzrə 6 845 388 manat dəyərində müqavilə imzalanıb.
İkinci tender “Xocavənd rayonu, Zoğalbulaq yaşayış məntəqəsi ərazisində 35 kV-luq "Zoğalbulaq" yarımstansiyasının tikintisi və dairəvi sxemin bir hissəsini təşkil edəcək Hadrut "Qovşaq" yarımstansiyası ilə "Zoğalbulaq" yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) xəttinin çəkilməsi” tenderi olub və şirkətlə 7 594 971 manat dəyərində müqavilə imzalanıb.
“Harmony İndustrial Construction and Engineering Group” MMC ümumilikdə 14 440 359 milyonluq sifariş qəbul edib.
Qeyd edək ki, “Harmony İndustrial Construction and Engineering Group” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 165 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əlövsət Orucov Bilal oğludur. Hüquqi ünvanı AZ1069, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 52, m. 20 ünvanında yerləşir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024