Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (19-07-2024, 08:53)
Naxçıvan Sanitar Təmizlik İdarəsinin rəhbərliyi haqda şok iddialar – DÖVLƏT BÜDCƏSİ NECƏ TALAN EDİLİR…

 


Naxçıvan şəhər Sanitar Təmizlik İdarəsinin işçiləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Onlar idarə rəhbərliyindən şikayətçidir:

“Yazaraq bildiririk ki, Naxçıvan Sanitar Təmizlik İdarasində özbaşınalıq son həddədir. Bizlərə ayrılan uşaq pulları kəsilir, verilmir. İdarə Dövlət Sosial Müdafiə Fondunun boynuna atır, DSMF isə idarənin. Bu səbəbdən, artıq bir neçə nəfər işdən çıxaraq, başqa yerlərdə iş axtarırlar.

Məlumat üçün bildirək ki, bu idarədə çalışan işçilərin əmək haqqı 300-400 manatdır. Bu əmək haqqı ilə razılaşmayan işçiyə anasının, bacısının, qardaşının, həyat yoldaşının və s. adına kart açılır, 2 adamın yerinə 1 adam işləyir. Amma ikinci kartın məzuniyyət pulu və mükafatları rəhbərliyə çatır.

Onu da deyək ki, işçilərə iş təcrübəsinin hresablanmasına görə uşaq pulu verirdilər. Bu illik 300-500-700 manat arası olurdu. Bu pulun belə, hamısını bizə vermirdilər, “şirinlik” adı ilə yarısını verir, qalan yarısını isə ciblərinə qoyurdular. Şirinlik verməyən işçiyə isə uşaq pulu vermirlər.

Bizlər kasıb ailələrik, 1 adamın 2 nəfərin yerinə işləməsi bizim sahədə çox ağırdır. Amma biz bu ağırlığın altına giririk, çünki ailəmizə, uşağımıza çörək pulu aparmaq istəyirik. Bu ikinci kart qanunsuzdursa, niyə açılır, yox qanunidirsə, o zaman niyə pulları qurum götürür?

İş üçün formaları da biz işçilərə qıymırlar. İşçilərə veriləcək uşaq pulunu, geyimləri, mükafatları, məzuniyyət pullarını, maşınların yanacaqlarını, maşınların ehtiyyat hissələrini, arabaları və təkərləri yeyinti olaraq öz aralarında həll edirlər. Təmir sexində olan laqonda daşı, list dəmirləri, zibil yeşiklərini və s. pula çevirib “yeyirlər”.

Sürücü kimi işə adam götürərkən 1000-2000 manat tələb edilir. Orada işləyən işçi işdən çıxıb, sonra geri qayıtmaq istəyərkən də ondan rüşvət tələb edilir. Bu idarənin gəlir mənbəyi çoxdur. Elə bu səbəbdən də işçilərə zülm verirlər. Təssəvvür edin, 1 maşının 2 sürücüsü var. Pulu alıb, işə götürüblər, məcburi bu qaydada işlədirlər. Biz işçilərin haqqı yeyilir, hüququ tapdalanır. Naxçıvanda tədbir görən yoxdur. Bir də ayılacaqlar ki, bu qurumda yeyinti milyonu keçib”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024