Sosial (19-07-2024, 08:12)
Milyonlarla mənimsəmədə ittiham olunan Cavanşir Əvəzovla bağlı şok faktlar
Məlum olduğu kimi, Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi Cavanşir Əvəzovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Hökmə əsasən, Cavanşir Əvəzovla 9 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə müttəhimin cəzanı real çəkməsini məqsədəuyğun hesab etməyib. Əvəzova münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkümetmə) maddəsi tətbiq edilib.
Məlumat üçün qeyd edək ki, ittihama görə, Cavanşir Əvəzov qanunvericiliyin ona verdiyi səlahiyyətlərdən yararlanıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə bələdiyyə və dövlət mülkiyyətində olan torpaq sahələrinin rəsmi sənədlərini saxtalaşdırıb başqa-başqa adamların adına rəsmiləşdirib. İddia olunur ki, o, qanunsuz əldə etdiyi gəlirin həqiqi mənbəyini gizlətmək məqsədilə qazandığı pulları leqallaşdırıb. Məhz bu səbəbdən də Cavanşir Əvəzov 9 il 6 ay müddətinbdə azadlıqdan məhrum edilib. Lakin bu cəzanın qısa müddət ərzində şərti cəza ilə əvəzlənməsi baş verib ki, bu da tamamilə anlaşılmazdır.
Sabiq rəisə şərti cəza hansı əsasla verilib?
Hər şeydən öncə qeyd edək ki, Cavanşir Əvəzovun törətdiyi iddia olunan saysız-hesabsız qanunsuzluqlardan sonra şərti cəza alması ölkənin ədalət sisteminə inamsızlıq formalaşdırır.
Xatırladaq ki, Cavanşir Əvəzov xüsusilə külli miqdarda dələduzluğa cəhd etməkdə, külli miqdarda dələduzluqda, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda, rəsmi sənədləri saxtalaşdırmaqda və başqa cinayətlərin törədilməsində ittiham olunub. Onun barəsində ilkin və məhkəmə istintaqı dövründə "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri seçilib. Bildirilir ki, Cavanşir Əvəzovla bağlı ittihamlar məhkəmə prosesində də sübut olunub və nəticə olaraq 9 il 6 ay müddətində həbsə məhkum edilib. Lakin sonradan bu qərar dəyişdirilərək şərti cəza ilə əvəzlənib və o, azadlıqda qalmağa nail olub.
Bala Əvəzovun başgicəlləndirən sərvəti
Cavanşir Əvəzovla bağlı maraqlı məqamlardan biri onun Məhərrəm Əvəzovun oğlu olması faktıdır. Bilməyənlər üçün deyək ki, uzun müddət Novxanı bələdiyyəsinin sədri vəzifəsində çalışan Məhərrəm Əvəzovun adı da kənd torpaqlarını dədə-baba mülki kimi sataraq külli miqdarda sərvət qazanmaqda hallanıb. Bu gün Məhərrəm Əvəzovun Novxanıdakı evinin həyətində dəyəri 100 min manatlarla ölçülən bir neçə avtomobil, kənddə bir neçə böyük ticarət və ictimai iaşə obyekti, çoxlu sayda kirayə və satış məqsədli ikimərtəbəli və üçmərtəbəli evləri mövcuddur.
Üstəlik, Məhərrəm Əvəzovun yalnız Abşeron rayonunda deyil, respublikanın bir çox bölgələrində böyük torpaq sahələri, mal-qara sürüləri, fermaları mövcuddur. Deyilənə görə, övladı Cavanşir Əvəzovun şöhrət və vəzifə pilləllərində sürətlə irəliləməsində də Məhərrəm Əvəzovun sahib olduğu pulların çox böyük rolu olmuşdur. Bu gün Cavanşir Əvəzovun ölkənin şimal zonası ilə yanaşı, Oğuz, İsmayıllı, Şəki, Zaqatala ərazisində də hektarlara torpaq sahəsi, qoyun və mal-qara sürüləri, nəhəng malikanələr, ticarət obyektləri mövcuddur. Hansı ki, bu sərvətlərin çoxu nə istintaq, nə də məhkəmə prosesində aşkara çıxarılmayıb. Halbuki, qanun və ədalət Cavanşir Əvəzovdan bunca qanunsuz sərvətin hesabını sormağı zəruri edir.
Ümid edirik ki, dövlət əmlakını külli miqdarda talamaqda ittiham olunan Cavanşir Əvəzovla bağlı qərar bir daha gözdən keçiriləcək, qanunlara qarşı sayğısızlıq aradan qaldırılacaqdır.
Hurriyyet.Az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024