Sosial (8-07-2024, 14:55)
Tarix və Arxeologiya və Etnoqrafiya İnstitutlarının müasir fenomeni
"İslam sivilizasiyasında elmə, alimlərə hər zaman hörmətlə yanaşıblar. Quranda arif insanın təriflərinə dəfələrlə rast gəlinir. Beləliklə, Allah dünyanı araşdırmaq və öyrənmək üçün çalışan insanlara xeyir-dua verir, möminləri elmin axtarışına çağırır: “...De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?!” Həqiqətən, bunlardan yalnız ağıl sahiblər ibrət alar.” (39:9)." Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Azərbaycanda elmlər namizədlərinin, elmlər doktorlarının sayları günü-gündən artır, bəs bu qədər alim varsa, nə üçün əhəmiyyətli kəşflər, fundamental elmi əsərlər yoxdur? Çunki, Azərbaycanın müasir elminin durumu parlaq keçmişdən qaranlıq gələcəyə doğru sürüklənir. Hər şeyi məhv edən korrupsiya elementləri elm sahəsinə də təsirsiz keçmir: geniş yayılmış plagiat, satın alınmış dissertasiyalar, saxta elmi dərəcələr və nəticədə savadsız kadrlara yaşıl işıq açır.
Təəssüf ki, mənfi hallar tarix elmlərindən də yan keçməmişdir. Əlbəttə, institutun tarixində saysız-hesabsız parlaq səhifələr olsa da, onun qaranlıq səhifələri qartopu kimi böyüyür. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna və Arxeologiya və Etnoqrafiya sektoruna təsadüfi adamların yavaş-yavaş soxulması onun səviyyəsini intriqalar, fitnəfəsadla dolu və büdcə talan edənlərin bir müəssisəsiyə çevirib.
Qəzet və jurnal məlumatları və məqalələrində, xüsusilə internet resurslarında, bəlkə də Azərbaycanın ən ideoloji qurumları – akademik Tarix İnstitutu və Arxeologiya və Etnoqrafiya İnstitutu ətrafında gedən informasiyalar kifayət qədər tez-tez qalmaqallı hadisələrlə müşayiət olunur. Hətta elmi sahədə də bir-biri ilə üst-üstə düşməyən yanaşma və konsepsiyaların adi görünən ifadəsi elmi polemika çərçivəsindən kənara çıxır və bəzən qalmaqala çevrilir. Həmkarları bir-birini məhkəməyə verməyə vadar edən müxtəlif biabırçı hadisələrin şahidi olmaq daha da xoşagəlməz haldır.
Akademik və universitet çevrələrində qeyri-sağlam rəqabət mühiti hələ sovet dövründə də yer alırdı. Sensasiyalı hadisələrdən biri yenidənqurma dövrünə təsadüf edir. O zamanlar Tarix İnstitutunun direktor müavini, Arxeologiya və Etnoqrafiya sektorunun müdiri Arif Abbasovun “elmi” və idarəçilik fəaliyyəti barədə mətbuatda çox yazılıb. Məhz onun instituta faktiki rəhbərlik etdiyi dövrdə kadr potensialının intellektual səviyyəsinin sürətlə aşağı düşməsi baş verdi. İnstitutun qapıları hər cür avaraların, fırıldaqçıların, karyeristlərin və hətta dələduzların üzünə açıldı. Təxminən 25 illik “hakimiyyəti” dövründə o, bu sahədə çox “uğur” qazanmışdı. Bəzilərinin tarixi təhsil diplomu yox idi, bəzilərinin isə sovet dövründə və 1990-cı illərin yeraltı keçidlərində satın alına bilərdi. Tarix İnstitutunun və Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının sayı durmadan artırdı və onların əksəriyyəti “ölü canlar” siyahısında hesab edilirdi. Hər iki qurum tədricən nadanlar və intriqaçıların poliqonuna çevrilirdi. Arxeologiya və Etnoqrafiya İnstitutunun direktorluğunun nalayiq işlərində elmi katib, kimya elmləri “namizədi” Maisə Rəhimova fəal rol oynayırdı. Onun heç bir zəka yükü yox idi.
2005-ci ildə A.Abbasovun ölümündən sonra mətbuat səhifələrində direktor vəzifəsinə iddiaçılar arasında kompromat mübarizəsi başladı. Ən çox zərbə M.Rəhimovaya vuruldu: anonim fəallardan elmi “katibə”si ləqəbini qazandı (“Elm”, “Каспий”, “Kaspi” qəz., noyabr-dekabr, 2005). Buna baxmayaraq, kimyagər sözünün bütün mənalarında olan M.Rəhimova direktor kürsüsündə A.Abbasovun “layiqli” davamçısı oldu. Ona tez-tələsik arxeologiya üzrə doktorluq dissertasiyası yazılması, tezliklə tarix üzrə doktorluq diplomu əldə edilməsi və ən əsası isə, Akademiyanın xaç atalarına maddi təşəkkürünü etməsindən sonra uzun müddətli direktorluğuna yol açıldı. Onun rəhbərliyi altında institut tez bir zamanda konkret bir korrupsiya maşınına çevrilməyə başladı. Şəxsi qazancın əsas mənbələri ekspedisiyalar, “ölü canlar”, cari təmir, cihaz və avadanlıqlar və s. olmuşdur.
Fotoda: Maisə Rəhimova
İnstitut rəhbərliyinin lap əvvəlində M.Rəhimova “Azeris” kitabının nəşri ilə bağlı çirkin qalmaqalın iştirakçısı olmuşdu. Bu məlumat kütləvi informasiya vasitələrində, o cümlədən televiziya və radio kanallarında geniş şəkildə yayılmışdı. Bu nəşrin 2005-ci ilin dekabrında ANS telekanalının televiziya və radiosunda Arxeologiya və Etnoqrafiya İnstitutundan iki vasitəçi rəhbərinin (şöbə müdirləri Vilayət Kərimov və Əliağa Məmmədov/Məmmədli) çıxışlarında nəşirlər tərəfindən müəlliflər qrupuna 50.000 ABŞ dolları məbləğində qonorar ayrıldığını elan etmişdilər. Uzadılmış qalmaqalın gedişatında ən azı bir neçə Azərbaycan televiziya kanalı müəlliflər və nəşirlər mübahisələrini (razborkalarını) nümayiş etdirdi (http://news.day.az/society/45303.html; “Ayna” qəz., 1 aprel 2006, № 56) və ondan görünürdü ki, başda direktor olmaqla bu iki vasitəçi kitabın bəzi digər müəlliflərinin qonorarlarını mənimsəmişdilər.
Təxminən 2011-ci ildə Maisə Rəhimova ilə hüquqşünas Fəxrəddin Gözəlov arasında pul (bölgü apara bilməyiblər) mübahisələri düşdüyündən onu işdən çıxardı. Hüquqşünas instituta bərpa olunmaq üçün direktoru elə düz 2021-ci ilə qədər məhkəməyə verirdi. O, öz arzusunu yeni direktorla reallaşdıra bildi.
Göründüyü kimi, mətbuatda davam edən publikasiyalardan direktorun və onun inzibati və idarəetmə resurslarının qeyri-rəsmi gəlirlərinin əsas mənbələri arxeoloji ekspedisiyalar, o cümlədən Bakı-Tbilisi-Ceyhan layihəsi olub. O, özünə dövlət büdcəsinin pullarını talayanlardan ibarət komanda yaradıb. 2014-cü ildə Hesablama Palatasının yoxlamaları zamanı M.Rəhimova “ölü canlar”ın kütləvi olması fonunda böyük çətinliklə, maddi və mənəvi itkilərlə yenə də “sudan quru” çıxdı. Hesablama Palatasının ilkin hesabatında institutda talanma və mənimsəmə faktları 2 milyon manata yaxın məbləğ təşkil edib, qeydiyyatda olan 282 nəfərdən yalnız 50 nəfər iş yerində müəyyən edilib..."
DAVAMI VAR...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024