Sosial (24-06-2024, 08:12)
" Bu sənətə qul kimi gəlmişəm, amma padişah kimi gedirəm"
“Saatsaz peşəsinə maraq o qədər də çox deyil. İnsanlar özlərinə əziyyət verib, zəhmət çəkmək istəmirlər. Ən yaxşısı budur ki, saatsazlığı usta yanında öyrənsinlər. Pulu qazanmaq həmişə var, əsas sənəti öyrənmək lazımdır. Sənətin pisi yoxdur, sənətkarın pisi, yaxşısı var. Bu sənətə qul kimi gəlmişəm, amma padişah kimi gedirəm. Mən dünyada elə bir saat yoxdur ki, onu düzəldə bilməyim. 16 yaşımdan saatsaz işləyirəm. Yəhudi saatsazın yanında 6 ay bu sənəti öyrəndim. İmkanım yox idi ki, ona hörmət edim. Məni başdansovdu öyrətmək istəyirdi. Ona yalvarırdım ki, nə olar mənə bu sənəti yaxşı öyrət də. Məşhur saatsaz olacağımı hələ o illərdən arzulayırdım. Artıq məni bütün Azərbaycan tanıyır” Bunu Moderator.az-a açıqlamasında tanınmış saatsaz Hacı Fətəliyev deyib. O daha sonra əlavə edib.
“Elə saat olub ki, bahalı olub, ehtiyat hissələri tapılmayıb. O saatı müştəriyə qaytarmışam. Nazirlərdən tanınmış şəxslərə qədər müştərim olub. Əsasən bahalı saatlara baxıram. 30, 40, 80 minlik saatlar gətiriblər. 200 minlik saat da təmir etmişəm. Məni sənətim yaşadır. Elə müştərilər də olub ki, saatlarını mənə qədər bir neçə ustaya göstəriblər, amma onlar da düzəldə bilməyib. Sonra gətirib mənə göstəriblər” deyə o bildirib.
Saatsaz Hacı Fətəliyev bildirib ki, hazırda fəaliyyət göstərdiyi yer çox balacadır.
“Tarqovu küçəsində, Rus Dram Teatrının yanında fəaliyyət göstərirəm. Yer çox balacadır. Yay ayında havasız bir otaqda otururam. Demək olar ki, “padval” dayam. Vaxtilə Hacıbala Abutalıbova yer üçün müraciət etmişəm, amma problemimi həll etmədi. Mənə deyib ki, sənə verəcəyimiz yer yoxdur. Halbuki yerdən çox yer var idi. Eldar Əzizova da demişəm, ümid edirəm ki, bu problemim həllini tapar” deyə saatsaz bildirib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024