Sosial / Slayd (12-06-2024, 09:07)
İCRA BAŞÇISI QANUNSUZ TİKİNTİNİ HİMAYƏ EDİR
Bakı şəhərinin rayonları içərisində ən çox tikinti maxinasiyalarına Nəsimi rayonu ərazisində qol qoyulur desək, heç də yanılmarıq. Bir anlığa diqqət yetirək ki, RİH-nin başçısı Asif Əsgərov 02 sentyabr 2015-ci il tarixdən bu rayona rəhbərlik edir və ötən illər ərzində Nəsimi rayonunun bir çox əraziləri, o cümlədən yaşayış binalarının qarşısındakı boş sahələr, yaşıllıqlar, yaşlı və xəstə insanların istirahət etdikləri ərazilər, azyaşlıların əyləndikləri sahələr, təhsil və səhiyyə müəssisələrinə aid bəzi ərazilər və s. ayrı-ayrı işbazlara satılıb. Onu da qeyd etmək yerinə düşər ki, yaşayış binalarında həyata keçirilən artırmalar da, məhz 2015-ci ildən sonra daha geniş vüsət almağa başladı. Bütün bunlar onu söyləməyə əsas verir ki, icra başçısı Asif Əsgərov Nəsimi rayonunun ərazilərini qarış-qarış satışa çıxartdı. Artıq bu rayonun ərazilərində boş sahələr qalmayıb və paralel olaraq tikinti işləri həyata keçirilən ərazilərdə yaşıllıqlar da məhv edilib. Deməli, ötən illər ərzində Nəsimi RİH-nin başçısının əsas strateji mövqeyi ondan ibarət olub ki, mümkün qədər boş sahələri şəxsi maraqlarının təmin olunması məqsədilə satışa çıxarmaq və bu kimi maxinasiyalara qarşı narazılıq edən sakinləri isə, birbaşa yerində oturtmaq olub. Bəli, əslində bu belə olub və rayon rəhbərliyinin qol qoyduğu əməllərə az-çox narazılıq edənlərin dilləri “kəsilib”, görən gözləri “kor edilib”. Məsələnin maraqlı tərəfi odur ki, artıq bu rayonun ərazilərində satmağa boş sahələr qalmadığından, son vaxtlar yaşayış binalarının zirzəmilərinə qarşı “atakalar” çoxalıb. Yəni, bəzi işbazlar rayon rəhbərliyinin “xeyir-dua”sını aldıqdan sonra, yaşayış binalarını zirzəmilərini qazmağa başlayıblar. Ötən yazımızda qeyd etmişdik ki, belə ünvanlardan biri də Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi-38 ünvanındakı yaşayış binasının zirzəmisidir. Diqqət yetirək ki, biz media nümayəndəsi olaraq bu ünvandakı yaşayış binasına məxsus zirzəminin qazılması ilə bağlı haray çəkirik, problemlərin mahiyyətini ictimailəşdiririk və onu da qeyd edirik ki, zirzəminin qazılması yaşayış binasını qəzalı vəziyyətə salır, sakinlərin həyatına təhlükələr yaranır. Çox təəssüflər olsun ki, Nəsimi RİH-nin başçısı və digər rəhbər şəxsləri isə, bu gün də susmaqda davam edirlər. O halda sual oluna bilər ki, görəsən bu susqunluğa nə ad vermək olar? Unutmaq olmaz ki, “susmaq razılıq əlamətidir” deyiblər. Daha biabırçı halın varlığı ondan ibarətdir ki, qeyd olunan problemlərlə bağlı Nəsimi RİH-nin başçısına ünvanladığımız məktublara da heç bir cavab verilmir, problemlərin mahiyyətinə münasibət bildirilmir. Bu da onu göstərir ki, bu rayonun rəhbərliyi medianı saya salmır, bir qədər açıq desək heç bir halda “priznavat” etmir.
Bu cür problemlərin mahiyyətini, qol qoyulan qanunsuzluqların əmələgəlmə səbəblərini və s. təhlil etdikdə o da bəlli olur ki, gələcəkdə başverə biləcək hər bir olayla bağlı cavabdehlik təkcə Nəsimi RİH-nin başçısının üzərinə düşmür. Eyni zamanda bu kimi məsələlərlə bağlı məsuliyyət Bakı ŞİH-nin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının da üzərinə düşür. Deməli, Nəsimi rayonu ərazisində qol qoyula tikinti maxinasiyalarında, adlarını hallandırdığımız bu dövlət qurumlarının da xüsusi rolları var. Əgər bu belə olmasaydı, o halda hansısa işbaz yaşayış binalarının zirzəmilərində “deşik” deşməklə məşğul olmazdılar. Deməli, həmin işbazlara Nəsimi RİH tərəfindən zirzəmilərdə “deşik” deşmək üçün “yaşıl işıq” yandırılır. Son 7-8 il ərzində bu rayonun ərazilərində boş sahələrin qarış-qarış satılması, yaşıllıqların kütləvi şəkildə məhv edilməsi, hal-hazırda isə yaşayış binalarına məxsus zirzəmilərin “döyüş poliqonu”na çevrilməsi onu göstərir ki, bu gün Nəsimi RİH-nin başçısını sakinlərin taleyi, onların necə istirahət etmələri, yaşam tərzi və s. düşündürmür. Bu şəxsi düşündürən əsas istək, başlıca məqsəd yalnız və yalnız şəxsi maraqlarının təmin olunmasıdır. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.
Nyus.Az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024