Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (11-05-2024, 08:13)
Bazarlarda antisanitar vəziyyətin qarşısı niyə alınmır?"

"Bazarlara hansı qurum nəzarət edir?
Şəhərin bir neçə bazarında - Sabunçu bazarı və “ 8-ci kilometr bazarı”nda antisanitar vəziyyət hökm sürür. Bunu bazarlara gedən hər kəs görür. Məsələn; piştaxtalara düzülmüş ət və ət məhsulları, dəniz məhsulları. Bu bazarların bəzi hissələrinə qoxudan yaxınlaşmaq belə mümkün olmur.
Bazarlara hansı qurum nəzarət edir? Niyə bu antisanitar vəziyyətin qarşısı alınmır?
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi bazarlarda monitorinqlərə başlayıb. İlk monitorinq Sumqayıt bazarında həyata keçirilib. Ekspert hesab edir ki, bu monitorinq geniş əhatəli bir formatda olmalıdır. Burada mütləq Kütləvi İnformasiya Vasitələri və ictimai təşkilatlar iştirak etməlidir.

“Çox təəssüflər olsun ki, bazar sahibləri özlərini "ağa" hesab edirlər. Və bazarda antisanitar vəziyyəti aradan qaldırmaq üçün iş görmürlər. Baxmayaraq ki, bu insanlar orada sahibkardırlar, lakin öz obyektlərində lazımı səviyyədə vəziyyət yaratmaq istəmirlər və yaxud yaratmırlar.

Qida Təhlükəsizliyi Agentliyi bu sahədə biraz da fəal işləməli və daha geniş miqyaslı monitorinq aparmalıdır”-deyə Eyyub Hüseynov əlavə edib. Onun sözlərinə görə, ümumiyyətlə bazarlar istehlakçıların ən çox aldadıldığı və təhlükəli mallara məruz qaldığı yerlərdir.

Eyyub Hüseynov vurğulayıb ki, belə halla qarşılaşan istehlakçılar mütləq 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidir. Belə olarsa, dövlət orqanları müəyyən yoxlamalar apara bilərlər.

“Bu vəziyyət düzəlməlidir. Sabunçu və “Vasmoy” bazarı deyilən ictimai satış üçün açıq yerlər təhlükəli məhsulların satıldığı yerdir. Burada birbaşa cavabdehlik daşıyan bazarın müdiriyyətidir.”-deyə Eyyub Hüseynov bildirib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024