Kriminal (Bu gün, 14:09)
Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... - TƏFƏRRÜAT
Dələduzluğa məruz qalmış zərərçəkmiş şəxslərin böyük bir hissəsi özünü və yaxud övladını harasa işə düzəltmək istəyən şəxslər olur. Son illərdə əlilliyə görə aldığı pensiyası kəsilən şəxslər və yaxud onların yaxın qohumları da dələduzların hədəfinə çevrilir.
Bizimyol.info xəbər verir ki, Saatlı rayon sakini, 44 günlük Vətən müharibəsinin iştirakçılarından olmuş Ülvi həmyerlilərini həm işə düzəltmək, həm də kəsilmiş pensiyanı bərpa etdirmək adı ilə aldatmaqda ittiham olunur.35 yaşlı Ülviyə qarşı Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq – təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onunla bağlı cinayət işində zərərçəkmişlərdən biri iş yoldaşının qohumudur. Şahbaz oğlu Rusifi Saatlı Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə sürücü işinə düzəltmək istəyib. Ülvi də bu məsələdə kömək edə biləcəyini deyib. Onlar görüşüb, bu barədə danışanda Ülvi Rusifi xəstəxanaya sürücü işinə düzəltmək üçün onun atasından 5000 manat istəyib. Razılaşıblar ki, bu məbləğin yarısı – 2500 manatı əvvəldən veriləcək. Qalan 2500 manat isə sonra ödəniləcək.
Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da, verdiyi sözə əməl etməyib – Rusifi işə düzəltməyib. Aldığı puldan da 1500 manat qaytarıb. Barəsində cinayət işi başlanandan sonra vurduğu ziyandan daha 2100 manat ödəyib. Zərərçəkmiş məhkəmədə qalan 1400 manatını da ondan tələb edib.
Digər zərərçəkmiş Fəzail Həsənov isə Ülviyə 1500 manat pul verib. Məqsədi həyat yoldaşı Ədilə Həsənovanın pensiyasının kəsilməsilə bağlı problemi həll etdirmək olub. Onun sözlərinə görə, həyat yoldaşının II qrup əlilliyə görə aldığı pensiya 2-3 ay idi kəsilmişdi. Ülvi ona bu məsələni uzağı bir həftəyə həll edə bilcəyini, Ədilə Həsənovaya yenidən pensiya veriləcəyini söyləyib. Zərərçəkmişin sözlərinə görə, o da verilən vədə inanıb, oğluna 1500 manatı verərək, Ülviyə göndərib: “Dediyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq, Ülvi hər dəfə məni aldadıb, işin həll olunacağı barədə yalan vədlər verirdi. Lakin heç bir iş görmürdü, pulu da geri qaytarmırdı”.
Zərərçəkmiş əlavə edib ki, bu cür davranışlarına görə məcbur olub, Ülvidən polisə şikayət edib.
Təqsirləndirilən şəxs sonradan ona 1500 manatı ödəyib. Zərərçəkmiş də məhkəmədə ondan şikayətçi olmadığını deyib.
Məhkəmə Ülvinin tutduğu əməldən peşmanlığını, himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasını, onun II Qarabağ müharibəsində iştirakını, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini yüngülləşdirici hallar kimi nəzərə alıb. Ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Bu müddətdə o, üzərində daim elektron nəzarət vasitəsi (elektron qolbaq) gəzdirməli, yaşadığı evi gecə saat 23:00-dan səhər saat 06:00-a qədər tərk etməməlidir. O, həmçinin yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk edə, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişə bilməz.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025


























