Sosial (22-12-2023, 17:53)
İşdən çıxarılan polkovnik-leytenant nazirliyi məhkəməyə verdi - TƏFƏRRÜAT
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin keçmiş əməkdaşı, polkovnik-leytenant Rəşad Feyzullayev nazirliyi məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, Rəşad Feyzullayevin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.
Mehriban Qarayeva iş üzrə hakim təyin edilib. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Məhkəmə prosesinin vaxtı müəyyənləşməyib.
Ehtimal olunur ki, Rəşad Feyzullayev işdən çıxarılmasını əsassız hesab edir. Bu baxımdan, məhkəməyə müraciət edib.
Rəşad Feyzullayev ötən il işdən azad edilib. Mediada gedən məlumatlara görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun göstərişi ilə FHN-in Tibb Mərkəzinin Modul Tipli Hospitalında yoxlamalar aparılıb.
Yoxlamalar nəticəsində qanun pozuntuları aşkarlanıb. Həmçinin məlum olub ki, koronavirus xəstələri üçün nəzərdə tutulan 650 min manatlıq dərman ləvazimatlarının məhv edilib. Bundan başqa, FHN-in vəzifəli şəxslərinin sərəncamında olan dərmanların vaxtı keçsə də, onlar TƏBİB-ə təhvil verilməyib.
Yoxlamalardan sonra Rəşad Feyzullayev və FHN-in Tibb Xidmətinin Maliyyə məsələləri şöbəsinin rəisi mayor Anar Ələkbərov vəzifəsindən azad olunaraq, sərəncama götürülüb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024