Sosial (Bu gün, 11:56)
Vahid Ələkbərovun milyardları uğrunda mübarizə: biz niyə yoxuq... - HƏQİQƏTƏN DƏ...
ABŞ Maliyyə Nazirliyi “Lukoil”in xarici aktivlərinin satışı üçün icazəni bu il dekabrın 13-dək uzadıb. Neft nəhənginin Bolqarıstandakı aktivləri üçün bu müddət gələn ilin apreli müəyyən edilib, Qazaxıstandakı aktivləri isə sanksiyalardan tamamilə azad edilib.“Yeni Müsavat” qeyd edir ki, “Lukoil”in xarici aktivləri 12-15 milyard dollar dəyərində qiymətləndirilir. Rusiya şirkəti bildirib ki, hazırda bir neçə potensial alıcı ilə danışıqlar aparılır, yekun razılaşmalar əldə edildikdən və lazımi tənzimləyici təsdiqlər alındıqdan sonra konkret sövdələşmə elan olunacaq. “Lukoil” törəmə şirkətləri vasitəsilə Avropadakı iki neft emalı zavoduna (Rumıniyada və Bolqarıstanda) tam sahiblik edir, həmçinin Hollandiyadakı Zeeland neft emalı zavodunda 45% paya malikdir. Şirkət həmçinin ABŞ və Avropa da daxil olmaqla, 20 ölkədə 2400 yanacaqdoldurma məntəqəsindən ibarət geniş şəbəkəyə malikdir.
Beynəlxalq treyder “Gunvor” “Lukoil”ə şirkətin bütün xarici aktivlərini almaq niyyətini bildirib. Lakin ABŞ Maliyyə Nazirliyi bu şirkətin Rusiya ilə əlaqələrini əsas gətirərək alqı-satqı əməliyyatına icazə verməyib. Bundan dərhal sonra mediada “Lukoil”in xarici törəmə şirkətləri üçün müxtəlif iddiaçılar, əsas namizəd Amerika investisiya fondu “Carlyle Group” haqqında məlumatlar yayılmağa başladı. Dünyanın ən böyük özəl kapital şirkətlərindən biri olan “Carlyle Group” 474 milyard dollar dəyərində aktivlərin idarə edir və maliyyə xidmətləri göstərir.
Şirkət bu məlumatı şərh etməyib, lakin Qərb ekspertləri qeyd ediblər ki, “Gunvor”dan fərqli olaraq, “Carlyle Group”un sövdələşmə icazəsi almaq üçün şansı çoxdur. Bundan başqa, iki xarici şirkət də “Lukoil”in Rumıniyadakı aktivlərini almaq niyyətində olduqlarını rəsmən bəyan ediblər. Bu şirkətlər Rumıniya bazarında artıq mövcud olan Macarıstanın “MOL Qrup”u, Yunanıstanın “Hellenic Petroleum”dur. “Lukoil” dekabrın 13-dək “Şahdəniz” qaz-kondensat layihəsindəki 19,99 faiz payını satmağa çalışacaq, çünki şirkət layihə üzrə öhdəliklərini yerinə yetirmək istəmir. Bu barədə Haqqın.az-a məlumatlı mənbədən bildirilib.
Yeri gəlmişkən, Azərbaycandakı sürücülər “Lukoil” neft şirkətinə aid olan yanacaqdoldurma məntəqələrində kartla ödəniş edə bilmədiklərindən şikayətlənirlər. Sürücülərin sözlərinə görə, “Lukoil” məntəqələri yalnız nağd pul qəbul edir. Haqqin.az-ın sorğusuna cavab olaraq, şirkətin Azərbaycan ofisinin əməkdaşı ödəniş terminallarının şirkət sanksiyalar altında olduğu üçün işləmədiyini bildirib.
Sanksiya təzyiqi şirkətin Azərbaycandakı nümayəndəliyinə də təsir göstərir. “Lukoil Azərbaycan” sanksiya siyahısına daxil edilməsə də, ABŞ-nin məhdudiyyətləri maliyyə əməliyyatları üçün risk yaradır, çünki dollarla hesablaşmalar və beynəlxalq banklarla qarşılıqlı əlaqələr problemli hala gəlir.
“Lukoil”in Azərbaycandakı bəzi layihələrinə sanksiyalar rejimindən istisnalar tətbiq edilib. 14 oktyabr 2027-ci ilə qədər məhdudiyyətlər şirkətin “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və Xəzər qaz kəmərləri kimi böyük enerji layihələrindəki fəaliyyətinə şamil edilmir. Lakin bu istisnalar yalnız Böyük Britaniya sanksiyalarına aiddir. ABŞ-nin sanksiya paketi oxşar yumşalmanı əhatə etmir. ABŞ sanksiyalarının güclənməsi səbəbindən Azərbaycan faktiki olaraq “Lukoil”dən neft alışını dayandırıb.
Azərbaycan bu şirkətin xarici aktivlərinə heç bir maraq göstərmir. Bunun səbəbi nə ola bilər?
ReAl Partiyasının sədri, iqtisadçı Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, bununla bağlı müəyyən danışıqlar gedə bilər: “Belə müzakirələrin getdiyini istisna etmirəm. Sadəcə, bu aktivləri kim alacaq? Ancaq SOCAR ala bilər. O da problemli aktivlərdən kənarda dayanmağa çalışır. Azərbaycanda elə böyük şirkətlər, milyarder iş adamları da yoxdur ki, həmin xarici aktivləri "Lukoil"dən alsın. Ona görə deyirəm ki, buna yalnız SOCAR namizəd ola bilər".
İqtisadçı qeyd edib ki, Azərbaycanda böyük bank, yaxud dövlət bankı xarici aktivləri bəlkə almaq istəyə bilər: “Məsələn, Qazaxıstanda bir neçə özəl şirkət var ki, bununla maraqlanırlar. Bizdə elə özəl şirkətlər də yoxdur. SOCAR-ın isə buna marağı görünmür. Lakin ola bilər ki, danışıqlar gedir, sadəcə, bu haqda ictimaiyyətə açıqlama verilmir”.
Siyasi ekspert Ramiyə Məmmədova “Lukoil”in sanksiyalar qarşısında tab gətirmədiyini və qısa müddətdə çökdüyünü müşahidə edir. Onun fikrincə, Putinin şəxsi müharibəsi Rusiyada oliqarxları müflis etməkdədir: “Trampın sanksiya qərarı "Rosneft" və “Lukoil”ə tətbiq edildi. Bu, təsadüfi deyildi. Birləşmiş Ştatların Rusiyanın neft sənayesinin ürəyindən nişan aldı. Əgər Kreml lideri Ağ Ev başçısının Ukraynada qoşunların olduqları yerdə dayanmaq şərtini qəbul etsəydi, Rusiya bu hadisələrdən müəyyən uduşla çıxardı. Bundan sonra Rusiyanın neft sektoru daha da iflic ediləcək. Ukrayna dronları hər gün dərinliklərdə olan neft emalı zavodlarını yandırır. Bu da həm dövlətin iqtisadiyyatına, həm də Vahid Ələkbərova və 100-dən çox rusiyalı oliqarxa dəyən zərbədir".
Təhlilçi Azərbaycanın “Lukoil”in xarici aktivlərini alacağını istisna etmir, sadəcə, bunun xərcləri ilə iqtisadi dividentləri araşdırılmalıdır: “Məsələn, bugünlərdə məlum oldu ki, İraqın Bəsrə şəhərində fəaliyyət göstərən "Lukoil" şirkətinin əməkdaşları maaşlarını ala bilmir. Ümumiyyətlə, ABŞ-nin yeni sanksiyalarının tətbiqindən sonra “Lukoil” İraq yatağında fövqəladə vəziyyət elan edib. Yəni şirkət Rusiya vətəndaşlığı olmayan bütün xarici işçilərlə əməkdaşlığı dayandırıb. Ona görə Azərbaycan araşdırmalı və müqayisə aparmalıdır ki, xarici aktivləri almaq nə qədər faydalıdır. Təbii ki, buna iqtisadçılar daha aydın cavab verə bilər, amma Azərbaycanda xarici aktivləri ala biləcək enerji şirkətləri yoxdur. Üstəlik, “Lukoil” Trampın hədəfindədir, faktiki sanksiyalardan yaralı vəziyyətdədir. Belə olan halda, onu götürmək və dirçəltmək nə qədər mümkündür?!"
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025

























