Sosial (11-04-2023, 00:12)
Başının üstündə Allahı deyil, Nikolayı görən xanım general FHN-nin kadr siyasətini necə yürüdür?
Mediatv.az xəbər portalı bir ay əvvəl Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı Bayramov Rəşad Kamil oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının I-ci Vitse Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Fövqalədə Hallar Naziri cənab Kəmaləddin Heydərova müraciətini dərc etmişdi.
1984-cü il təvəllüdlü, müvafiq ixtisas təhsilinə malik Rəşad Bayramov 2003-cü ildən 2008-ci ilə qədər Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Biləsuvar və Əzizbəyov (indiki Xəzər) rayonlarındakı struktur vahidlərində inspektor vəzifəsində işlədiyini, lakin 2008-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq kapitan rütbəsində öz ərizəsiylə işdən azad olunduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, işlədiyi müddətdə nümunəvi xidmətinə görə dəfələrlə mükafatlandırılıb, heç bir xidməti cəza almayıb.
Lakin son illərdə yenidən işə bərpa olunmaq üçün dəfələrlə FHN rəhbərliyinə müraciət etsə də, həssas yanaşılmayıb. Özündə belə bir inam bəsləyirdi ki, müraciətnamələri Fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərova çatdırılmır.
Nəhayət ki, Rəşad Bayramovun ölkənin I vitse-prezidentinə ünvanladığı 10 fevral 2023-cü il tarixli 5/B/431 nöməsi ilə qeydiyyata alınmış müraciətinə aidiyyəti üzrə göndərildiyi FHN-də “baxılmışdır”. Di gəl, Nazirliyin kadr siyasəti Baş idarəsinin rəisi general-mayor Sevda Şirinovanın cavab yazdığı 03 mart 2023-cü il tarixli məktub onu məyus etmişdir. İdarə rəisi bildirmişdir ki, hazırda FHN-də müvafiq vakant vəzifə olmadığından müraciətin müsbət həlli imkan xaricindədir.
Maraqlıdır, görəsən Rəşad Bayramovun son bir neçə ildə elədiyi çoxsaylı müraciətlərinin müsbət həll olunmamasının yeganə səbəbi məhz vakant iş yerinin olmamasıydı? Əcəba, son iki ildə FHN-nin YNX-nə heç bir işçi götürülməyib? Bəlkə, məlum intim video qalmaqalına görə işdən çıxarılan FHN polkovniki Zaur Mirzəyevin və qadın həmkarlarının da yerləri boş qalıb, bilmirik? Yaxud, onların yerinə götürülən şəxslər başqa planetdən gələnlərdir, iyerarxiya pilləkəni ilə biri digərini izləyən rütbələri və vəzifələri daşıyan FHN işçiləri deyil? Axı, məntiqlə polkovniki bəd ayaqda polkovnik-leytenant, polkovnik leytenantı heç olmasa mayor, mayoru kapitan və s. əvəzləməlidir. Boş vəzifəyə təyin olunan namizəd seçiminə niyə Rəşad Bayramov dəvət olunmayıb? “Seçilənlər” hansı kriterilərinə görə onu üstələyiblər? Əgər başının üstündə Allahı görürsə, bütün bu suallara FHN –nin Kadr rəisi aydınlıq gətirməlidir.
Yeri gəlmişkən xatırladaq ki, FHN-nin yeganə qadın generalı Sevda Şirinova 3 il əvvəl öz kabinetində başının üstündə rus çarı II Nikolayın portretini asmaqla gündəm olmuşdu. Eşitsək təəccüblənmərtik ki, 2020-ci ilə qədər Azərbaycan xalqı mayın 18-də Laçının ermənilər tətəfindən işğalı tarixini qeyd edəndə Sevda xanım “müqəddəs” Nikolay Alekseyeviçin ad gününü bayram edirmiş.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025

























