Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd / Redaktor seçimi (18-08-2023, 08:59)
Binəqədi sakinləri təhlükənin "12 addım"lığında

 





Geniş yayılmış narkotik aludəçiliyinə, narkotik maddələrin təbliğinə, narkotik asılılığının kütləyə yayılmasına paralel olaraq insanlar bir çıxış yolu axtarırdılar. Asılılığın müalicəsindəki problemlərdən biri də, narkomaniya müalicəsindən sonra bir nəfərin alkoqol istifadə etməyə başladığı, qumarla və yaxud başqa bir şeylə asılılığın başqası ilə əvəz edildiyi əvəzetmə vəziyyətidir. Alkoqoldan asılılığın müalicəsi üçün icad edilən "12 Addım" proqramı, digər asılılıqların əsl qurtuluşu oldu. Proqramın özünəməxsusluğu, müxtəlif formalarda (oyun, alkoqol, psixoaktiv maddələr) asılılıq yaradan davranışlarla mübarizə aparmasıdır. Keçən əsrin 30-cu illərində Anonim Alkoliklər Cəmiyyəti tərəfindən icad edilmişdir. Qrup keçmiş alkoqol bağımlısı Bill Wilson tərəfindən qurulmuşdur. Həmkarları ilə birlikdə, qrupun işini tamamilə tənzimləyən proqramın mətninin ilk versiyasını hazırladı. Proqramda dini prinsiplərə əsaslanan bir məna var idi: başqaları və özünüz qarşısında dürüstlük; başqalarına kömək etmək; düşüncələrin və ruhun saflığı; ətrafdakılara sevgi. Proqram bir insana bunları yerinə yetirməkdə kömək məqsədi daşıyır: həyat vəziyyətini obyektiv qiymətləndirmək; asılılıq yaradan davranışdan qurtulmaq; həyatı və dəyərləri yenidən qiymətləndirmək; ailə, cəmiyyət, özünüzlə münasibətlər qurmaq; mümkün qəzaların qarşısını almaq; sosial cəhətdən bərpa olunmaq; mənəviyyat və əxlaq səviyyəsini yüksəltmək.Nə isə... Azərbaycanda da “12 addım” proqramı ilə işlədiyini iddia edən reabilitasiya mərkəzləri yaranıb. Onların sırasında ən çox inam doğuranı Leyla Əliyeva ilə Emin Ağalarovun yaratdıqları deyilən “Həyat Naminə” reabilitasiya mərkəzidir ki, burada da sahə üzrə sertifikatı olan ixtisaslı xarici mütəxəssislər çalışır. Narkomaniyadan asılılığı müalicə edən müəssisələrin xidmətinə cəmiyyətdə ciddi ehtiyac olduğundan, həm də bu xidmət çox yüksək qiymətləndirildiyindən (ayda 1500 manatdan 6000 maata qədər) bu tip reabilitasiya mərkəzləri “yağışdan sonra göbələk” kimi artamağa başlayıb. Belə mərkəzlərdən biri də adını elə birbaşa “12 addım” qoyub və paryatxtın Binəqədi qəsəbəsi, III Mədən küçəsi, 124 ünvanda icarəyə yer götürüb. Əhalinin sıx məskunlaşdığı yaşayış məssivində yerləşən obyektdə hazırda təmir işləri aparılsa da, yaxın ətrafda yaşayan sakinlər indidən narahat olmağa başlayıblar. “Medaiatv.az” xəbər portalının redaksiyasına bu barədə məlumat verən vətəndaşlar  narahatlıq ifadə edirlər ki, sabah həmin reabilitasiya mərkəzinə yerləşdiriləcək narkomanlar, spirtli içki aludəçiləri sakinlərin uşaqları, yeniyetmə və gənclərlə ünsiyyətdə ola, onları da pis vərdişlərə çəkə bilərlər. Axı, heç kim zəmanət verə bilməz ki, reabilitasiya mərkəzinin personalı öz işinin öhdəsindən layiqincə gələ biləcək: Məsələn, sakinlərə qaranlıqdır ki, xəstələr oraya gəlib-gedəcəklər, yoxsa, qapalı şəraitdə yerləşdirilib bayıra buraxılmayacaqlar.Yaxud da insanların sıx yaşadığı ərazidə narkomanların müalicəsi hansı qanunla tənzimlənir?Övladlarını narkomanlardan necə qoruyacaqlar? Xəstə yanına gələnlər onların həqiqətən müalicə olunmasını istəyənlər olacaq, yoxsa, xəlvətcə narkotik vasitə keçirməyə cəhd edəcəklər.“Mediatv.az” saytının əməkdaşları məlumatı yoxlamaq üçün qeyd olunan ünvana yollananda təmiri gedən obyektdə yerli bələdiyyə sədrinə də rast gəliblər. Sədr bildirib ki, sakinlərin narahatlığını başa düşür və “12 Addım” Rabilitasiya Mərkəzi deyilən təsisatın fəaliyyətinin, həm də məhz burada yerləşməsinin nə dərəcədə qanuni olub – olmadığının yoxlanılması ilə şəxsən özü qayğılanacaq.Bu mövzuda internet üzərində (Azərbaycan informasiya məkanında) araşdırma aparanda keçən ilə aid belə bir məlumat önə çıxır: Bakıda narkotik, alkoqolizm və digər asılılıqlardan müalicə mərkəzi kimi fəaliyyət göstərən “New Life” reabilitasiya mərkəzinin 5 əməkdaşı prokurorluq orqanları tərəfindən həbs olunub.  Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən mərkəzin rəhbəri Orucəli Heydərov, mərkəzdə fəaliyyət göstərən Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov mərkəzdə müalicə olunan pasientlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar.Hüseyn Məmmədovun valideyni və orada qalmış daha üç nəfər - Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş qismində tanınıb. Cinayət işinin materiallarında göstərilib ki, “New Life” Reabilitasiya Mərkəzində müalicə kursu keçən pasiyentlərin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb. Reabilitasiya zamanı isə dünyada narkotik, alkoqol asılılığın müalicəsində tətbiq olunan “12 addım” proqramından istifadə olunub. Lakin sözügedən mərkəzdə qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib. Belə ki, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutub döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.Deməli, “12 Addım” raeabilitasiya mərkəzindən də pasientlərin əmrlərə tabe olmayaraq qaçmağa cəhd etmələri, qaçmağa müvəffəq olacaqları təqdirdə isə yerli sakinlərə narahatlıq törətmələri istisna deyil. Bələdiyyənin və aidiyyatı qurumların cavabını gözləyək. шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024