Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (11-05-2022, 20:01)
“Patı” Azərbaycanda istehsal olunduğu üçün geniş yayılıb? - “Ağ ölüm”ün zülmət yolu

 2015-2021-ci illər ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 30205 fakt aşkar edilib.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

Qeyd edilib ki, onlardan 9580-i narkotik vasitələrin satışı, 18325-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1857-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 443-ü isə digərləri olub:

“Bu illər ərzində cinayət məsuliyyətinə 24440 nəfər cəlb olunub. Onlardan 485 nəfəri qadın, 437 nəfəri xarici ölkə vətəndaşı olub”.

Qeyd edək ki, narkotik maddələr mərkəzi sinir sisteminə spesifik təsir göstərir və tez bir zamanda asılılıq yaradır. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir. Ölkəmizdə “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” qanun qəbul olunub. Bu istiqamətdə mübarizə tədbirləri həyata keçirilsə də ölkədə hələ də narkomaniya problem olaraq qalır. Belə ki, ötən müddət ərzində 24 min nəfər cinayət məsuliyyətinə cəlb edilsə də narkomanların sayı durmadan artır.

Bu istiqamətdə mövcud artım narkotiklərin ölkə daxilində istehsal olunmasındanmı irəli gəlir? “Patı” Azərbaycanda istehsal olunduğu üçün geniş yayılıb? Mediatv.az-ın məlumatına görə, narkomaniya üzrə ekspert Emil Maqalov Cebhe.info-ya bildirdi ki, sürətli artımın səbəbi narkotikin özünün istifadəsinin, qəbulunun asanlaşmasıdır:

“Əvvəlki narkotiklərin istifadəsi üçün bir neçə kimyəvi maddə, bir neçə əşya lazım olurdu. Məsələn, beş əşya lazım olurdusa və onlardan biri yox idisə, onu istifadə etmək mümkün olmurdu. İndiki amfetamin, metanfetamin kimi kimyəvi sintetik narkotiklər üçün artıq heç nə lazım deyil.

Onu siqaretlə də çəkmək, su ilə də qəbul etmək olur. Beləliklə, çox asanlaşmasının, yayılmasının səbəbi budur. Bu yalnız bizdə deyil, Avropada, inkişaf etmiş digər ölkələrdə tüğyan edir. Sadəcə biz onu görmürük. Çünki dövlət onlara qayğı göstərir, müalicəsi ilə məşğuldur”.

Dövlət niyə sivil ölkələrdə onların müalicəsi ilə məşğuldur?

Ekspert deyir ki, çünki dövlət artıq onların xəstə olduğunu anlayır:

“Onlar narkotikanı qəbul etdikdən bir müddət sonra çox ağrıları olur. Nəticədə mütləq şəkildə narkotikadan dərman, ağrıkəsici kimi istifadə etməlidir. Bilirlər ki, dozası artdığına görə, bu gün 5 manatlıq, sabah 10 manatlıq, hətta gündə 500 manatlıq istifadə edənlər var. Dövlət bilir ki, həmin vətəndaş bu pulu tapa bilməyəcək, cinayət törədəcək. Cinayətkarlıqdan əlavə şpristdən düzgün istifadə etməyib xəstəliklər yayacaq. Bu həm də mütləq şəkildə narkotacir olacaq”.

Ekspert qadınlarda maraq yaranmasının şahidi olduğunu deyir:

“Tutaq ki, həyat yoldaşı, yaxud yaşadığı şəxs narkotikdən istifadə edib və yaxud satıb. Yaxud kömək məqsədilə məqsədilə hər hansı bir insan ona yaxınlaşıb, onlar da psixoloji sınaraq bu yoldan istifadə ediblər. Bundan başqa qeyd edirlər ki, narkotika insanı arıqladır. Bəli, arıqladır. Məsələn, şəkər xəstəliyi, xərçəng və digər ağır xəstəliklər insanı orqanizmini sıradan çıxardığına görə arıqladır. Qadınlar arıqlamaq məqsədilə də narkotikadan istifadə edirlər”.

Ekspertin fikrincə, narkotikanın yayılmaması üçün onun qarşısını almaq lazımdır:

“Sivil ölkələrdə həmin narkomanların liderlərini seçib müalicə edirlər, sonra da onların oturub-durduğu insanlara təsir göstərirlər”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025