Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (27-07-2023, 12:54)
Ali Məhkəmə Cəlilabadda qətl törədən icra nümayəndələri və Türkiyə vətndaşı barədə qərar verib - TƏFƏRRÜAT

Ali Məhkəmə Cəlilabadda qətl törədən icra nümayəndələri və Türkiyə vətndaşı barədə qərar verib
Cəlilabadda qətl törətməkdə təqsirləndirilən rayon İcra Hakimiyyətinin Təklə kəndi üzrə nümayəndəsi Famil Mahmudovun, Seyidbazar kəndi üzrə nümayəndəsi Zeydulla İsmayılovun və Türkiyə vətəndaşı Mehmet Ali Kurtoğlu barəsində hökmdən verilmiş kassasiya şikayətinə baxılıb.

Mediatv.az APA-ya istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Hakimlər heyəti Famil Mahmudov, Zeydulla İsmayılov və Mehmet Ali Kurtoğlu ilə bağlı apellyasiya instansiyasının qərarının düzgün olduğu qənaətinə gəlib. Kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Famil Mahmudov 19 il, Mehmet Ali Kurtoğlu 19 il 6 ay, Zeydulla İsmayılov 18 il iş verilib. Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb.

Zərərçəkən tərəf təqsirləndirilən şəxslərin ömürlük azadlıqdan məhrum edilmələrini istəyib.

Qeyd edək ki, bu il aprelin 18-də Cəlilabad rayon sakini, 1963-cü il təvəllüdlü Abdullayev Əflatun İltifat oğlunun avtomobili ilə evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Araşdırmalarla Cəlilabad Rayon İcra Hakimiyyətinin Təklə kəndi üzrə nümayəndəsi F.Mahmudov, Seyidbazar kəndi üzrə nümayəndəsi Z.İsmayılov və Türkiyə vətəndaşı Kurtoğlu Mehmet Ali İsmet oğlunun Ə.Abdullayevi qəsdən öldürmələrinə və meyitini Sabirabad rayonu ərazisindəki su kanalının kolluq hissəsinə atmalarına əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025