Sosial / Slayd (6-07-2023, 12:15)
90-a yaxın QHT rəhbəri Muxtar Babayevə müraciət edib
90-a yaxın QHT-ləri özündə birləşdirən İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Gədəbəy rayonunun Söyüdlü kənd inzibati ərazi vahidində yerləşən qızıl mədənində formalaşan tullantıxana və qızıl email zamanı 45 ha ərazidə yaradılması nəzərdə tutulan ikinci süni gölün ətrafında yaranmış durumla bağlı ölkənin ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə müraciət edib.
Mediatv.az bildirir ki, Gununsesi.info-ya təqdim olunan müraciətdə bildirilir ki, son zamanlar Gədəbəy rayonunun Söyüdlü kənd inzibati ərazi vahidində yerləşən qızıl mədənində formalaşan tullantıxana və qızıl email zamanı 45 ha ərazidə yaradılması nəzərdə tutulan ikinci süni gölün ətrafında yaranmış durum ölkə ictimaiyyətini, o cümlədən, 90-a yaxın QHT-ləri özündə birləşdirən İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasını ciddi şəkildə narahat edir.
“Belə ki, hadisələrin gedişatı ilə bağlı təfərrüatlardan məlum olur ki, bir qrup kənd sakini sözügedən ərazidə yerləşən və daha çox qızıl mədəninin tullantıxanası üçün istifadə edilən süni gölə axıdılan təhlükəli kimyəvi maddələrin, xüsusilə sianid tərkibli suların bütövlükdə ətraf mühitə, həmçinin, bu regionun ekoloji vəziyyətinə, o cümlədən, bu ərazidə yaşayan insanların sağlamlığına ciddi mənfi təsir göstərdiyini əsas gətirərək etiraz aksiyası keçirmiş və bu aksiyanın əraziyə cəlb edilmiş polis qüvvələri tərəfindən qeyri sivil formada qarşısı alınmışdır.
Kütləvi informasiya vasitələri və sosaial mediadan, dinc sakinlərlə polis qüvvələri arasında yaranmış qarşıdurma zamanı bəzi polis əməkdaşlarının kənd sakinlərinə, xüsusilə də, yaşlı qadınlara qarşı aşırı güc tətbiq etdiyi, bir çox insanın həbs olunduğu və kəndin giriş-çıxışlarında polis nəzarət məntəqələrinin qurulduğu məlum olmuşdur.
Mətbuatdan o da məlumdur ki, yaranmış vəziyyətlə bağlı iyun ayının 21-də Baş nazir Əli Əsədovun sərəncamı ilə, Ekologiya və Təbii Sərvətlər naziri olaraq Sizin sədrliyinizlə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılmışdır. Artıq verilən informaisyalardan, eləcə də, Sizin Real TV-yə verdiyiniz son müsahibədən o da bəlli olur ki, hökümət komissiyası və oraya cəlb edilən ekspertlər, haqqında söhbət açılan tullantıxanaya baxış keçirmiş, müxtəlif istiqamələr üzrə müayinə və ekspertizalar, eləcə də, görüş və müzakirələr keçirmiş, sonda isə ilkin rəylərini açıqlamışlar.
Məlumat üçün diqqətinizə çatdirmaq istərdim ki, İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası olaraq bir neçə dəfə mədən sənayesi bölgələrində, xüsusilə, işğaldan azad edilmiş ərazilərimizdə yerləşən mədən sənayesi sahələrindəki real durumun qiymətləndirməsi, o cümlədən, bu ərazilərdə həyata keçirilən hasilat prosesi zamanı ətraf mühitə və ekoloji vəziyyətə dəyən təsirlərin qiymətləndirilməsi məqsədilə bu ərazilərə səfər etmək və obyektiv monitorinqlər keçirmək istəyimizi bəyan etmiş, aidiyyatı dövlət qurumlarından bizim istəklərimizin reallaşması üçün lazım olan dəstəyin verilməsini xahiş etsək də, lakin təəssüflə qeyd edirəm ki, hər dəfə etdiyimiz müraciətlər diqqətə alınmamışdır.
Bütün bunlara rəğmən, MSŞA Koalisiyası olaraq, Sizin sədirliyinizlə yaradılmış komissiyanın tərkibində ictimaiyyət nümayəndələrinin olmamasını təəssüflə qeyd etməklə yanaşı, hesab edirik ki, müstəqil vətəndaş cəmiyyəti tərəfindən də baş vermiş təfərrüatlara dair vəziyyətin obyektiv dəyərləndirilməsi və obyektiv mövqe bildirilməsi olduqca zəruridir. Düşünürük ki,belə bir mühüm məqamda, Söyüdlü mədən sənayesi bölgəsində baş vermiş hadisələrin araşdırılmasında müstəqil vətəndaş cəmiyyəti institutlarının iştirakı sivil dünyada qəbul edilmiş alternativ mövqenin ifadəsi zəruriliyi, həm də, ölkəmizin də, bir zamanlar tam hüquqlu üzvü olduğu nüfuzlu MHŞT-nin standart və tələblərinə uyğunluğu baxımdan vacibdir. Müstəqil vətəndaş cəmiyyətinin bu prosesdə iştirakı, həmçinin,yerli icma üzvlərinin etimadına və bütövlükdə dövlətimizin imicinə müsbət təsir göstərər, insanlarda dövlətimizə olan güvənc hissini artmış olar.
Hörmətli Muxtar müəllim!
Sizə də məlumdur ki, dünyada qızıl istehsalı ilə məşğul olan şirkətlər əsasən sianid turşusundan istifadə edir. Qızılın sianidləşməsi (sianid prosesi və ya MacArthur-Forrest prosesi kimi də tanınır) qızılı suda həll olunan koordinasiya kompleksinə çevirməklə aşağı dərəcəli filizdən qızıl çıxarmaq üçün hidrometallurgiya üsulu kimi tətbiq edilir. Qızılın çıxarılması üçün ən çox istifadə edilən yuyulma prosesidir. Qızıl hasilatının 90%-də istifadə olunmasına baxmayaraq qızılın sianidləşməsi sianidin zəhərli təbiətinə görə mübahisəlidir. Sianidin sulu məhlulları günəş işığında sürətlə parçalansa da, siyanatlar və tiosiyanatlar kimi daha az zəhərli məhsullar bir neçə il davam edə bilər. Prosesdən çıxarılan digər metallara mis, sink və gümüş daxildir, lakin qızıl bu texnologiyanın əsas lokomotividir. Sianidin çox zəhərli olması səbəbindən dünyanın bəzi yerlərində onun istifadəsi hətta qadağan olunmuşdur. Sianid qızıl mədən sənayesində təhlükəsiz şəkildə istifadə edilə bilər. Sianidin təhlükəsiz istifadəsi üçün əsas xüsusiyyət 10,5-dən yuxarı qələvi pH (turşuluq səviyyəsi)səviyyəsinə nəzarətini təmin etməkdir. Sənaye miqyasında, pH nəzarəti əsasən qızılın emalı zamanı mühüm imkan verən reagent kimi əhəngdən istifadə etməklə həyata keçirilə bilər. Nəzərə alınsa ki, sianid buxarı havadan yüngüldür, diffuziya qabiliyyəti yüksək olduğundan turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə qısa zaman çərçivəsində insanı öldürə bilir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur və zəhərləyici təsir göstərir. Sianidin miqdarı 1 litr havada 1 milliqram olarsa, insan həyatı üçün öldürücü təsirə malik olur. Sianidin qəbulu daha çox nəfəs yollarından olur ki, onun mövcud olduğun hava ilə nəfəs alan şəxs zəhərlənir və sonradan təcili tədbir görülməsə həyatını itirə bilər.
Komissiyanın İlkin rəyində istifadə olunan sianidin(NaCN) hidrogen peroksid(H2O2) vasitəsilə zərərsizləşdirilməsi qeyd olunur ki,bu dünyada tətbiq olunan metoddur. Lakin bu proses qapalı çənlərdə və 3 ay müddətində həyata keçirildiyindən ilkin rəylə bağlı müəyyən suallar doğurur. Çünki süni göldə olan və həcmi bilinməyən sianid qarışıq maye məhlulun peroksidlə zərərsizləşdirilməsi praktiki mümkün deyil.
Bütün yuxarıda etdiyimiz qeydləri nəzərə alaraq, İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyası olaraq indiki həssas məqamda Söyüdlü kəndi ərazisində yerləşən qızıl mədəni tullantıxanası ətrafında yaranmış vəziyyəti, xüsusilə, hasilat prosesinin sosial və ekoloji təsirlərini, şirkət və yerli icma əlaqələrinin real durumunu qiymətləndirmək üçün bu regiona koalisiyamızın ekspertlərindən ibarət monitorinq qrupunun səfərini təşkil etməyə yardımçı olmağınızı və ən yaxın zamanda Söyüdlü hasilat sahəsi ətrafında baş verənləri, eləcə də, ölkənin digər dağ-mədən sənayesi, xüsusilə, işğaldan azad edilən bölgələrdə yerləşən mədən sənayesi ilə bağlı vəziyyəti müzakirə etmək məqsədilə görüş üçün vaxt ayırmağınızı Sizdən rica edirik.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024