Sosial / Slayd (3-07-2023, 22:49)
“QaçqınKom”dan 800 minlik TENDER
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mayın 18-də elan etdiyi “Elektrotexniki avadanlıqların satınalınması” tenderinin nəticələri və qalibi açıqlanıb.
Mediatv.az Bizim.Media-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 800 min 286 manat olan müsabiqənin qalibi “Nurtek Elektrik” MMC (VÖEN - 2901810561) elan olunub.
Yaxın vaxtlarda tərəflər arasında bağlanacaq satınalma müsabiqəsinin şərtlərinə əsasən, şirkət Dövlət Komitəsi üçün 36 dəst su üçün nəzərdə tutulmuş paslanmaz dalma elektrik nasosunun satınalınmasını və sifarişçiyə çatdırılmasını təmin edəcək.
MMC həmçinin 22 ədəd və gücü 100-40 kVt-a qədər olan transformatorların satın alınmasını, sifarişçiyə və Azərbaycanın müxtəlif rayonlarına çatdırılmasını həyata keçirəcək.
Qeyd edək ki, “Nurtek Elektrik” MMC 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Ancaq şirkətin nə vaxt yarandığı hüquqi ünvanı və rəhbərliyi haqqında heç bir məlumat yoxdur. Yalnız çoxmilyonlu tenderlərdə iştirakı və əldə etdiyi vəsaitlər barədə bir neçə məlumat əldə edə bildik. Bunlardan bir neçəsini diqqətinizə çatdırırıq.
Belə ki, 2019-2021-ci illərdə Sumqayıt ŞİH-nə bağlı Sumqayıt Küçə İşıpqları Təsərrüfat Hesablı Xidmət Sahəsinin ümumi dəyəri 3 milyon 082 min 346 manat olan 10 satınalma müsabiqəsində iştirak edərək, böyük məbləğlərə sahib olub.
Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsinin rəisi Əhməd Məmmədovdur. O, Sumqayıtın keçmiş icra başçısı Təvəkkül Məmmədovun yaxın qohumudur.
Şirkət 2022-ci ilin may ayının 14-də isə Minatəmizləmə Agentliyinin “Geyim formalarının satın alınması” üzrə tenderin qalibi olub və tərəflər arasında 242 832 manatlıq satınalma müqaviləsi imzalanıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024