Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (10-09-2022, 12:10)
Daha bir vergi borcu olan şirkət dövlətin tenderini QAZANDI - FOTOFAKT

 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Cyberspace” MMC olub.
"Mediatv.az" yeniavaz.com-a istinadla xəbər verir ki, “Qaçqınkom” Bakı, Gəncə şəhərlərində, Bərdə, Oğuz, İsmayıllı və Qax rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərinə görə “Cyberspace” MMC-yə 286 min manat 41 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Cyberspace” MMC-nin qanuni təmsilçisi Abbasəliyev Ervin Sahib oğludur. 40 manat nizamnamə kapitalı olan şirkət 2 aprel 2001-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, ötən günə (9 sentyabr) olan məlumata görə, “Cyberspace” MMC-nin dövlət büdcəsinə 76 min 4 manat 74 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.шаблоны для dle 11.2

Xəbər lenti
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026