Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (27-12-2022, 18:10)
“Qala Sığorta” son bir ildə 3 milyon manata yaxın pul itirdi

“Qala Sığorta” son bir ildə 3 milyon manata yaxın pul itirdi
Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Qala Sığorta” şirkətinin bu ilin 11 ayı üzrə yığım göstəricisində (son bir illə müqayisədə) azalma olub. Statistikaya nəzər saldıqda məlum olur ki, ümumiyyətlə azalma tendensiyası cari ilin sentyabr ayından başlayıb.

"Mediatv.az"_ın məlumatına görə, FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ilin yanvar-noyabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, “Qala Sığorta” bu ilin 11 ayında ərzində 36,506 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,604 mln. manat və ya 6,7% azdır.

Hesabat dövründə şirkətin sığorta ödənişlərində artım müşahidə olunub. Belə ki, baş vermiş sığorta hadisələri üzrə zərərçəkmiş müştərilərin şirkətdən aldığı vəsaitlərin həcmi 283 min manat və ya 5,5% artaraq 5,397 mln. manata çatıb.

Xatırladaq ki, yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkəti müştərilərinə bir filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025