Siyasət (24-10-2022, 14:04)
“Rabitəbank”da 130 milyon manatlıq kiçilmə - DETALLAR

Mediatv.az-ın “Ölkə.Az”a istinadən məlumatına görə, cari ilin sentyabrın 30-na bankın cəmi aktivləri 892,157 mln manat təşkil edib. Bu isə 2022-ci ilin əvvəli ilə müqayisədə 126 mln manat və ya 12% azdır.
Bank tərəfindən müştərilərə verilmiş kreditlərin həcmi isə ilin əvvəlindən 26% artaraq 440,613 mln manat təşkil edib.
“Rabitəbank”da müştərilər tərəfindən yerləşdirilən depozitlərin ciddi həcmində azalma olub
Bankın ötən ilin yekununda 724,682 mln manat olan depozit portfeli 9 ay ərzində 171,5 mln manat və ya 23,7% azalaraq cari ilin 30 sentyabr tarixinə 553,235 mln manata düşüb. Mərkəzi Bank qarşısında öhdəlikləri 3,402 mln manat həcmində qalan bankın cəmi öhdəlikləri 15% azalaraq 779,083 mln manata düşüb.
2022-ci il sentabrın 30-na bankın cəmi kapitalında isə 13,6% artım müşahidə olunub və 113,074 mln manat olub.
Cari ilin üçüncü rübündə şirkətin xalis faiz gəlirləri 35,149 mln manat, xalis qeyri-faiz xərcləri isə 19,641 mln manat olub. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 2,833 mln manat ayırıb. Mənfəətindən vergi ödəməyən “Rabitəbank” ASC 2022-ci ilin üçüncü rübünü 12,676 mln manat xalis mənfəttələ başa vurub.
Xatırladaq ki, bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə, 20,13%-i Validə Abbasovaya, 14,51%-i Seyran Nuriyevə, 14,45%-i Zakir Nuriyevə, 9,11%-i Dilarə Nuriyevaya, 1,07%-i Aslan Xasiyev və 0,14%-i 12 hüquqi şəxsə məxsusdur.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025