Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (19-11-2022, 08:57)
Naxçıvanda ƏCAİB qayda-qanunlar... - Vətəndaş NƏ ETSİN?

 



Noyabrın 16-dan etibarən Naxçıvandan Türkiyəyə getmək, hər bir vətəndaş üçün 15 gündə bir dəfəyə endirilib. Bu məhdudiyyət əsasən Türkiyədə işləyən naxçıvanlılar üçün problem yaradıb. Ailələrini görmək üçün bir neçə günlük vətənə gələn həmyerlilərimiz, Türkiyəyə qayıtmaqdan yana yarım ay gözləməli olacaqlar.
Mediatv.az bildirir ki, Şərur rayon sakini M. Əsgərov "Gündəlik Naxçıvan"a deyir ki, işdən bir həftəlik icazə alıb, Naxçıvana gəlib ki, ailəsini görsün. Geri qayıtmaq istəyəndə isə, onu buraxmayıblar:
"Bir həftəlik icazəni güclə almışdım. İş sahibi demişdi ki, 7 gün tamam olan kimi gəlməsən, yerinə adam götürəcəyəm. Geri qayıtmaq istəyəndə, gömrükdən buraxmadılar ki, yeni qaydaya görə, 15 gün gözləməlisən. Iş yerinə zəng edib xahiş etdim ki, bir həftə daha gözləsinlər. Patron dedi ki, gecikdiyinə görə, artıq işdən azad olunmusan. Gömrük gündə bir qərar verir. Buna görə işimi itirdim, çörəyimdən oldum".
Şahbuz Rayon sakini M. Babayev isə deyir ki, yeni məhdudiyyət üzündən yaxınının yasında iştirak edə bilməyib:
"Uzun illərdi ki, İstanbulda işləyirəm. Yaxın qohumum vəfat etdiyindən, patronum bir həftəlik icazə verdi ki, yasda iştirak edə bilim. Yolda eşitdim ki, Türkiyəyə gedişi 15 gündə bir ediblər. Məcbur olub, geri qayıtdım. Çünki, patron bir həftədən artıq icazə verə bilməyəcəyini dedi. Mən də işimi itirməmək üçün, yarı yoldan geri qayıtdım".
Bundan öncə Sədərək gömrüyü Türkiyəyə getmək istəyənlərə 50 kilo tərəvəz keçirmək şərti qoymuşdu. Bu şərtə əməl etməyənlər, Türkiyəyə buraxılmırdı.
шаблоны для dle 11.2

Xəbər lenti
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
1 05 2024
1 05 2024
1 05 2024