Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd / Redaktor seçimi (4-09-2022, 13:48)
Keçmiş komsomol katibi Alı Alıyevdən niyə narazılıq edir?


 Füzuli rayonu Birinci Mahmudlu kənd sakini,keçmiş SSRİ dönəmində Fizuli rayon komsomol komitəsinin birinci katibi işləmiş Telman Nəriman oğlu Qasımov,Fizuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevə açıq məktub ünvanlayıb.Mediatv.az olaraq Telman Nəriman oğlu Qasımovun məktubunu olduğu kimi dərc edirik: Hörmətli Alı Müəllim, təəssüf edirəm ki, bu sözləri kabinetinizdə dik gözünüzün içinə
baxaraq deyə bilmirəm.Çünki,inanmıram ki,mənimlə üz-üzə gəlmək istəyəsiniz.
Yaddaşınızın möhkəmliyinə heç şübhəm olmasada,bununla belə uzaq 1979-cu ili yadınıza salmaq istərdim.Mən o vaxt rayon komsomol komitəsinin birinci katibi idim.Siz isə,yox Sən isə kənd təsərrüfatı institunu yenicə bitirib Cəfər Cabbarlı adına sovxozda az əhəmiyyətli bir işdə işləyirdin.
Mənim rəhbərlik etdiyim raykom komsomolda
Təşkilat şöbəsinin müdiri yeri boş olduğunu
öyrənərək qəbuluma gəldin və orada işləmək arzusunda olduğunu yazılı surətdə ərizə yazaraq mənə müraciət etdin.
Rayon partiya komitəsinin birinci katibi Qədim Əhmədovun iradəsi əleyhinə gedərək,vəzifəli şəxslərin ovladları olan digər 3 namizədi rədd edib ən kasıb ailənin övladını,yəni sənin namizədliyinin üstündə dayandığımı yəqin ki,unutmamısan?Həmdə ki,elə həmin günlərdə
ananında dünyasını dəyişməsi sənin namizədliyinin üstündə durmağımda məndə daha çox əminlik yaratdı.
İllər ötüb keçdikcə 40 il ərzində hər fürsətdə
"məni çörəyə çatdıran sən olmusan" kəlməsini
ən azı 40 dəfə təkrarladığını ikimizdə yaxşı bilirik.
Füzuli rayon İcra Hakimiyyətinin Başçısı təyin olunanda səni təbrik etmək üçün kabinetinə
gələndə dediyin sözləridə mən unutmamışam.Ayağa qalxaraq, barmağını stola vuraraq "Mən bu stola sənin sayəndə çatmışam,sən məni komsomola işə götürməsıydin mən bura qədər gəlib çatmazdım!" deyən də sən idin.
Keçək əsas məsələyə,xahiş edirəm ki,aşağıda
verəcəyim suallara cavab verəsən:
1.2017 ci ilin əvvəllərində 5 -ci Zobucuq qəsəbəsində İcra Hakimiyyəti Başçısının
nümayəndəsi işlədiyim zaman insult(beyin infarktı)keçirərək DİN-nin Hospitalında
ağır vəziyyətdə reanimasiya şöbəsində
ölümlə çarpışarkən necə əlin gəldi ki,ərizə vermədiyim halda əmr verib məni tutduğum vəzifədən azad edəsən?
2.Milli Aviasiya Akademiyasının Hüquq fakültəsini Fərqlənmə diplomu(qırmızı diplom)
ilə bitirib İcra Hakimiyyətinin Hüquq şöbəsində
işləyən iki uşaq anası,qız övladım Nəzrin Qasımovanı işdən çıxarmağa səni nə vadar
edirdi?Axı onun iki körpə uşağı var....
Sən xəbərin varmı,7 aydır mən səngərlərdə qazandığım veteran təqaüdümü qızımla bölüşməli oluram.
Səni çörəyə çatdırmış bir kişinin özü və ailə üzvüləri ilə belə davranmaq Azərbaycan
prezidentinin vəzifəyə təyin etdiyi bir vəzfəli şəxsə yaraşarmı?
Sən demirdinmi ki:"Qız atanın incə yeridir.Niyə
məni "incə yerimdən" vurdun?Niyə gənc ailəni çörəkdən məhrum etdin ?!
Axı sənində qız övladın var,heç gözünün önünə öz qızını gətirmədinmi?
Unutma göydən Allah baxır.
3.İnsult keçirdiyim halda rayonun baş həkimi əlillik dərəcəsi təyin etmək üçün məni get gələ salanda iki dəfə sənin qəbulunda oldum ki,
sənə tabe olan Baş həkimə tapşır ki,mənə
süni əngəl yaratmasın.
Nə oldu?
Artıq o vaxtdan 5 il keçir mən sənin başçı olduğun rayonda qanunla mənə verilməli olan
hüquqlarımı qoruya bilmirəmsə,bu camaat öz
hüquqlarını necə qorusun?!
İndi mənə cavab verə bilərsənmi ki,az çox ləyaqəti olan bir insan belə işlər görə bilərmi?
Sən Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin icra başçılarına veteranlarla əlaqədar verdiyi tapşırıqları
eşitmirsənmi?
Sənin "Gender bərabərliyi"haqda birinci vitse-prezident Mehriban xanımın irəli
Sürdüyü müddəalardan xəbərin varmı?
Mənim sənə yazdığım bu açıq məktub
10 məktubdan hələlik birincisidir.
Hörmətlə:Telman Nəriman oğlu Qasımov
Füzuli rayonu Birinci Mahmudlu kəndi
04.avqust 2022 - ci il.
PS:Şəkildə Alı Alıyev Nəzrin Qasımovanı
yüksək balla Hüquq fakültəsinə daxil
olmasını təbrik edir.Sonr isə,nə isə....
Lənət şeytanlara.
 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024