Slayd / Təhsil (27-08-2021, 09:12)
Əmrullayev Gəncə təhsilinin BAŞINI BURAXIB? - İTTİHAM
Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü, “Qızıl qələm” mükafatçısı, şair, 1995-ci ildən YAP-ın üzvü, Veteranlar Şurasının üzvü Həsənov İlham Musa oğlu ölkə rəhbəırliyinə növbəti dəfə müraciət ünvanlayıb. Bir nüsxəsi də Mediatv.az-a göndərilən müraciətdə deyilir:
"Çox hörmətli Prezident! Bununla yazıb sizə bildirirəm ki, mənim 18-ci müraciətimədə siz tərəfdən heç bir cavab gəlmədi. Artıq bu 19-cu müraciətimdir. Fikirləşirəm ki, Prezident Aparatında şöbə müdiri Süleyman İsmayılov və onun tabeliyində işləyən aidiyyəti yoldaşlar azacıq da olsa utanıb xəcalət çəkirlərmi ki, mənim müraciətlərimi sizdən gizlədirlər. Belə hesab edirəm ki, buna ölkəni cənginə almış məmur özbaşınalığından başqa digər ad vermək olmaz.
Cənab Prezident mən başa düşürəm ki, hazırda sizin başınız ölkədə ən qlobal və ciddi məsələlərə, yəni xarici siyasət məsələlərinə və Qarabağ məsələlərinə qarışıb. Mənə də təsir edən amil odur ki, Azərbaycan Respublikasının Təhsil Naziri və onun komandası sizi dünya şöhrəti qazanmış prezidentimizi düşünülmüş formada aldatmağa cəhd göstərir və sizə yalan danışırlar. Mən də bunu qəbul edə bilmirəm, ürəyim ağrıyır, dəli olmaq dərəcəsinə çatmışam. Bu qədər ağ etmək olmaz. Yadıma tanınmış Azərbaycan şairi Məmməd İsmayılın bir şeiri düşdü. “Kimi aldadırsan a zalım oğlu?” Emin Əmrullayev, sən bilməlisən ki, kimi də aldatsan İlham Əliyevi və Mehriban xanımı aldada bilməzsən.
Doğrudur fikirləşə bilərsən ki, mən demaqoq adamam. Əvvəla demaqoq sözü-yunan sözü olub “düz danışan” deməkdir. İkincisi mən sadəcə olaraq öz haqqımı tələb edirəm. Elə buna görə də 30 il bundan qabaq 1991-ci ildə məhz Heydər Əliyevə qarşı ədalətsizlik və haqsızlıq olduğuna görə onu vətənpərvər bir oğul kimi müdafiə etdim. Mənim xarakterim belədir. Hətta taleyim də Heydər Əliyevin taleyi kimidir. Həyatda daim mübariz adam olmuşam. Ona görə ki, Heydər Əliyevin yetirməsiyəm. Bu baxımdan da razı ola bilmərəm ki, təsadüfən sən Emin Əmrullayev nazir kürsüsünə gətirilib, bu gün mənim ürəyim, qardaşım İlham Əliyevə və bacım Mehriban xanım Əliyevaya, özünə və şəxsiyyətinə hörmət etdiyim, pərəstiş etdiyim, güvəndiyim hörmətli Əli Nağıyevə çirkin işlərinizə görə yalan danışasız. Mən inanıram ki, hörmətli Əli Nağıyev yaxın vaxtlarda Təhsil Nazirliyində olan korrupsiya hallarını yoxlatdırıb və bir sıra müəmmalı sirlərin açılmasını təmin edəcəkdir. Arxayın ola bilərsiniz ki, buna lap az qalıb.
Hörmətli Prezident mən işlədiyim 45 il müddətində 10 Təhsil Naziri ilə işləmişəm. Amma təhsilə ziyan vuran belə nazir görməmişəm. Bu sözləri bundan qabaqkı nazir Ceyhun Bayramov haqqında niyə demirəm? Bu adamın simasında da görünürdü ki, bu insan olduqca alicənab, insanpərvər, kişi qüruru ilə fərqlənən bir adam idi. Amma Emin Əmrullayev, nazir müavini Muxtar Məmmədov, nazirliyin rəsmisi Orxan Abbasov, şöbə müdiri Eşqi Bağırov və Gəncə şəhər Təhsil idarəsinin müdiri Anar Qədiməliyevin internetə qoyduqları şəkillərinə baxanda da hiss olunur ki, bunlar təhsil işçilərinə oxşamırlar. Çünki, həqiqətən də təhsil işçiləri deyillər.
İndi də Gəncə şəhərində küy düşüb ki, Anar Qədiməliyevin atası Yusif Qədiməliyev şəhərdə kim qabağına çıxırsa deyir ki, İlham müəllimə bildirin ki, mənim oğlumdan yazmasın. Çünki, mənim oğlumun arxasında elə adamlar durur ki, heç kəsin oğluma gücü çatmaz. Özünü yormasın.- İndi mən başa düşə bilmirəm bu nə deməkdir? Kimdir onun oğlunun arxasında dayanan? Mən ölkədə prezidentdən üstün adam tanımıram.
Cənab Prezident mən bircə şeyi bilirəm ki, Emin Əmrullayevin hərəkətləri ilə sözləri bir birinə ziddiyyət təşkil edir. Yalandan 65 yaşı bəhanə edib məni və Valeh müəllimi işdən azad etdilər amma bizdən qat-qat aşağı olan Bəhram İmranovu saxladılar. Deməli, bu adam bizə deyir ki, regional Maliyyə İdarəsinin rəisinin rəyi mənim üçün vacib deyil. Bəs onda sual olunur. Bizim şikayətimizdən sonra nə üçün Regional Maliyyə İdarəsinə sorğu göndərib rəy tələb edirsiniz? O da yüksək bir rəy yazıb göndərdi. Bir tərəfdən də deyir ki, təhsilin müdiri Anar Qədiməliyev sizlə işləmək istəmir. Onda da soruşuram ki, niyə və nə üçün təhsil idarəsi Anar Qədiməliyevin atasının şəxsi idarəsidir? Yoxsa dövlət idarəsidir? Biz işdən azad olunmamışdan qabaq 20 gün əvvəl hər ikimiz Təhsil Nazirliyinə məktub yazmışıq. Emin Əmrullayev sual verirəm ki, həmin məktubları araşdırmadınız? Niyə bizi sərt pandemiya günündə 30 dekabr 2020-ci ildə işdən azad etdiniz? Burada da sizin cənab prezident tapşırığınıza əməl olunmadı. Çünki, siz demişdiniz ki, sərt pandemiya dövründə işçini işdən çıxarmaq olmaz.
Ən başlıcası Emin Əmrullayev, mən və Valeh müəllimin işdən çıxarılmasını nazirlikdə araşdırmadan xitam verdiniz. Bu bir başa sizin səhvinizdir.
İndi sizin bir çıxış yolunuz var ya məni və Valeh müəllimi işimizə qaytarmaq şərti ilə yenidən əmr verəsiniz, eyni zamanda bu işdə əli olan Muxtar Məmmədov, Orxan Abbasov, Eşqi Bağırov və Anar Qədiməliyevə ciddi cəza verəsiniz. Ya da mən sizə açıq deyirəm sizdən ədalət zəfər çalana qədər yazacağam. Ayıbdır, bir də qeyd etmək istəyirəm ki, əgər Anar Qədiməliyev yaxşı işçidirsə apar öz doğulduğun rayonda, Quba rayon təhsilinə müdir qoy. Gəncə təhsili sizdən ötəri cərimə batalyonu deyil. Gəncədə o qədər cavan, perspektivli, savadlı məktəb direktorları var ki, Təhsil idarəsinə rəhbərlik etməyə ən layiqli kadrlardır. Niyə onlardan təyin etmirdiniz? Gərək Aqrar Universitetin məzunu, ixtisasca mühasib, məktəbdən və təhsildən anlayışı olmayan, əlinə jurnal alıb sinifə girməyən, auditoriya görməyən, əsgərlik borcunu ödəməyən, SOROS-a xidmət edən indi də təhsili bərbad günə salan Anar Qədiməliyevi təhsilə müdir təyin etməliydiniz?
Cənab Prezident içimiz doludur. Sizdən xahiş edirik ki, bizim bu dəfə harayımızı, haqq səsimizi eşidəsiniz və Təhsil Naziri və onun rəhbərliyi barədə ciddi ölçü götürülməsinə göstəriş verəsiniz. Nəzərə alasınız ki, bu adamlar mənim ölkənin baş prokuroru Kamran Əliyevin müəllimi da nəzərə almadılar. Xahiş edirəm məni Müdafiə Sənayesi Naziri Mədət Quliyevdən soruşun .Çünki hər ikimiz ötən əsrin 90-cı illərində dövlətə və dövlətçiliyə qarşı çıxanlarla birgə mübarizə aparmışıq. Bir də şəxsi köməkçiniz Hikmət Hacıyevdən soruşun. O da məni uşaqlıqdan yaxşı tanıyır. Öpürəm sizi .Öncədən sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm".
İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024