Siyasət (15-10-2020, 18:51)
Türkiyənin keçmiş XİN başçısı İlham Əliyevə məktub yazdı

"Mediatv.az" məktubun mətnini təqdim edir:
“Hörmətli cənab Prezident,
Ermənistan ilə Azərbaycan arasında gərginliyin artmasını, Gəncə şəhərinin atəşə tutulmasını, insanların, o cümlədən uşaqların həlak olmasına gətirib çıxaran son hadisələri həyəcanla izləyirəm.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi mülki şəxslərin həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaranmış vəziyyətlə bağlı narahatlığımı ifadə edirəm. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal yerinə yetirilməsi müzakirə mövzusu ola bilməz.
Həmsədrlərimiz ölkənizə güclü dəstək ifadə edən bəyanat qəbul ediblər. Həmin sənəd baş katibimiz tərəfindən bütün üzvlərə və tərəfdaşlarımıza göndərilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olaraq Mərkəzin təşkil etdiyi beynəlxalq müzakirələrdə öz təcrübəmizdən istifadə edirik.
Məhz belə vəziyyətlərdə bütün səviyyələrdə dialoqun aparılmasına ehtiyac var. Bu işdə Sizə dəstək verməyə hazırıq.
Cənab Prezident, üzüntülərimlə yanaşı, Sizə olan ən yüksək hörmət və ehtiramımı da qəbul etməyinizi rica edirəm”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 06 2025
29 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
26 06 2025
26 06 2025