Slayd (27-07-2014, 19:00)
Politoloq: “Azərbaycanı qorxutmaq istəyirlər“
“Ruslar bütün vasitələrlə Azərbaycanı qorxudub Gömrük İttifaqına daxil etmək istəyirlər”
"Mediatv.az" bildirir ki, bu sözləri Axar.az-a politoloq Vəfa Quluzadə Rusiyanın Azərbaycana qarşı atdığı son hadisələri şərh edərkən deyib.
O, Moskvanın Azərbaycana qarşı tədbirlər görməklə heç bir şey qazanmayacağını bildirib:
“Onlar Şimal Qafqaza texnika, qoşun yığır. Atəşkəsi də ermənilər rusların əliylə pozurlar. Mən bu əhvalatların hamısının iştirakçısı olmuşam. Amma inanmıram ki, onlar Ukrayna konflikti bitməmiş burada müharibə başlatsınlar. Çünki Ukraynadakı məsələlər Moskvaya böyük zərbə vurdu. Bir müddət sonra Rusiya çox çətin vəziyyətdə olacaq. Ona görə Rusiya gəlib burada müharibə edib Azərbaycanın torpaqlarını işğal etməklə heç bir şey qazanmayacaq. Qoşunları Qafqaza yığmaq, Dağıstanla bağlı yayılan xəbərlər, ermənilərin atəşkəsi pozması sadəcə şantajdır və Azərbaycanı qorxutmaq istəyirlər. Bir yandan qorxudub, o biri tərəfdən şirnikləndirirlər. Axır zamanda Azərbaycan haqqında xoş sözləri Kommunist partiyasının sədri Züqanov deyib. Bundan başqa isə hər gün Bakını söyən Jirinovski Azərbaycanın inkişafı haqqında xoş sözlər işlədir. Göstərməyə çalışırlar ki, biz dostuq. Amma dost ola bilməyəcəyik, çünki onlar ermənilərə yardım edirlər. Əsas məsələ bizim müstəqilliyimizi qoruyub saxlamaqdır”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025