Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd (10-06-2014, 10:41)
Cəlilabad tərəqqi yolu ilə irəliləyir

 

 

«Cəlilabad Azərbaycanın inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlarından biridir».

İlham Əliyev

 

Respublikamızın əksər əyalətlərində olduğu kimi, Cəlilabad rayonunda dövlət müstəqilliyimizin bəhrələri özünü göstərir, hər addımda tərəqqi meylləri hiss olunur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının layiqincə reallaşdırılması, abadlıq-quruculuq tədbirlərinin

genişləndirilməsi sayəsində Cəlilabad rayonu da tərəqqi yoluna çıxmış və əhalini qayğılandıran məsələlər, o cümlədən məşğulluq problemi həllini tapmışdır.

 Əziz Əzizovun Rayon İcra Hakimiyyətinə başçılıq etməsi Cəlilabadın iqtisadiyyatının səmərəli idarə edilməsini də şərtləndirmişdir. Rayonun iqtisadiyyatında əsas yer tutan kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət ayrılır. Bunun nəticəsidir ki, kənd zəhmətkeşləri hər il yetərli qədər məhsul yetişdirirlər.

Aqrar bölməyə xidmət edən aqroservis müəssisəsi, toxum müfəttişliyi, bitki mühafizə xidməti, bölgə təcrübə stansiyası və özəl toxumçuluq müəssisələri yüksək məhsuldarlığa nail olmaq üçün imkanlardan maksimum istifadə etməyə çalışırlar. Bu sırada təcrübəli mütəxəssis Adil İsmiyevin rəhbərlik etdiyi Cəlilabad Suvarma Sistemləri İdarəsinin fəaliyyəti xüsusilə razılıq doğurur və təqdir olunur.

Rayonda əhalinin elektrik enerjisinə, təbii qaza, içməli suya olan tələbatının ödənilməsi sahəsində əsaslı dönüş yaranmışdır. Səhiyyə, rabitə, poçt, nəqliyyat, ticarət, ictimai iaşə xidmətlərinin səviyyəsi xeyli yüksəlmişdir. Bir sözlə, hər sahədə möhtərəm Prezidentimiz İlham Əliyevin Cəlilabad haqqında söylədiyi bu fikirlərin təsdiqini tapmaq olur: «Mən çox şadam ki, Cəlilabadda bütün işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımi tədbirlər görülür. Həm sənaye imkanları artır, iqtisadi göstəricilər yaxşılaşır, həm də sosial infrastruktur yaradılır».

 

Cəlilabadın yaxın illərdə dotasiyaya ehtiyacı olmayacağı proqnoz edilir

 

Rayonda dövlətin maliyyə siyasəti dürüst həyata keçirilir, büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasının, yerli xərclərin tərtibinin və xəzinə əməliyyatlarının düzgünlüyü təmin olunur. Rayon Maliyyə İdarəsinin rəisi Əlinazim Quliyevin rəhbərliyi ilə maliyyə nəzarətini həyata keçirən mütəxəssislər yerlərdə büdcə uçotunun təlimata uyğun aparılması sahəsində mühasiblərlə maarifləndirmə işləri aparılar. İdarə, müəssisə və təşkilatlar maliyyə intizamına riayət edir, israfçılığa yol verilməməsi üçün Maliyyə İdarəsindən aldıqları tövsiyələrə əməl edirlər. Əlinazim müəllim nikbinliklə proqnoz edir ki, yaxın illərdə Cəlilabad rayonunun inkişafı o səviyyəyə çatacaq ki, rayon dotasiyadan imtina edəcək, yerli xərclər elə yerli gəlirlər hesabına maliyyələşəcək.

 

Təhsilin inkişafı yönündə nəzərəçarpan işlər görülmüşdür

 

Respublikamızın hər yerində olduğu kimi, Cəlilabad rayonunda da təhsilin inkişaf etdirilməsi, təlim və tərbiyə işinin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində rayonda müasir məktəblər tikilmiş, köhnələri əsaslı şəkildə təmir edilmiş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir. Təhsil sahəsində dövlətin qarşıya qoyduğu vəzifələrin müvffəqiyyətlə həlli, təlim-tərbiyə prosesinin daha da yaxşılaşdırılması məqsədilə rayon təhsil şöbəsində əsaslı kadr islahatı aparılmışdır.

Rayonda Azərbaycan Müəllimlər İnstitutunun rayon filialı, , peşə liseyi, peşə məktəbi, 126 ümumtəhsil məktəbi, 18 məktəbəqədər, 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərinin 74-ü tam orta, 39-u ümumi orta, 13-ü ibtidai məktəblərdir. Ümumtəhsil müəssisələrində 2930 nəfər pedaqoji işçi çalışır. 2012-2013-cü tədris ilində rayonun ümumtəhsil məktəblərində 28316 nəfər şagird təhsilə cəlb olunmuşdur. Təhsil işçilərindən 7 nəfər «Tərəqqi» medalı ilə təltif edilmiş, 7 nəfər isə Azərbaycan Respublikasının Əməkdar Müəllimi fəxri adına layiq görülmüşdür.

Vidadi Dövlətovun RTŞ-nə müdir təyin olunması rayon təhsilində müsbət meylləri gücləndirmiş, müşahidə olunan bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasına nail olunmuşdur. İxtisasca müəllim olan Vidadi Dövlətov üçün rayonun təhsil müəssisələrinin fəaliyyətini günün tələbləri istiqamətinə yönəltmək, müəssisə rəhbərləri ilə səmərəli əlaqə qurmaq çətin olmamışdır. Çünki uzun müddət Vidadi müəllim Cəlilabad RİH başçısının təhsil, səhiyyə, mədəniyyət məsələləri üzrə

müavini işləmişdir. Məhz onun səmərəli idarəçiliyi, təcrübəsi sayəsində təhsil şöbəsi Təhsil Nazirliyinin müraciətinə öz əməli işi ilə cavab verərək, qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi üçün fəaliyyətini daha da gücləndirmiş, mövcud potensialı hərəkətə gətirmiş, təhsil sahəsinrdəki qüvvə və resursları fəallaşdırmışdır.

Ali məktəblərə sənədvermə və qəbulun müqayisəli təhlili göstərir ki, bu vacib sahədə də irəliləyiş və müsbət dinamika mövcuddur. Belə ki, 2013-cü ildə 343 nəfər məzun ali məktəblərə qəbul olunmuşdur ki, bu da 2012-ci ilin göstəricisindən 111 nəfər çoxdur.

Əlbət ki, Vidadi Dövlətov və Cəlilabad rayonunun tərəqqipərvər təhsil işçiləri qazandıqları nailiyyətlərlə arxayınlaşmayacaq, çalışdıqları sahədə daha böyük müvəffəqiyyətlərə imza atacaqlar.

 

Cəlilabad rayonunda diqqət mərkəzində saxlanılan sahələrdən biri də səhiyyə sistemidir

 

Ötən il sentyabrın 4-də respublikamızın prezidenti İlham Əliyevin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etməsi rayonun tərəqqipərvər səhiyyə işçilərini ruhlandırmışdır. Ölkə başçısının 2012-ci ildə imzaladığı Sərəncama əsasən Səhiyyə Nazirliyinin sifarişi ilə ən müasir tələblər səviyyəsində tikilən əsas xəstəxana binasından əlavə yoluxucu xəstəliklər üçün ikimərtəbəli infeksion işə inşa edilmişdir. Həyətdə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları yaradılmışdır. Ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi 7381 kvadratmetr olan xəstəxananın üçmərtəbəli binasında ən müasir tibbi avadanlıq quraşdırılmışdır. Xəstəxanada laboratoriya, poliklinika şöbələri; rentgen, ÜSM, əməliyyat otaqları, reanimasiya-anesteziologiya şöbəsi, mama-ginekoloji, uşaq xəstəlikləri şöbələri və inzibati otaqlar vardır. Bundan başqa nevrologiya və cərrahiyyə şöbələri də fəaliyyət göstərir. 50 nəfərlik iclas zalı da yığıncaqların keçirilməsini asanlaşdırıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, «dünyada hansı yüksək standart varsa, Cəlilabad rayon mərkəzi xəstəxanasında da o standart vardır - həm keyfiyyət, həm memarlıq, həm gözəllik, təmizlik. Xəstəxananın tikintisi Azərbaycan dövlətinin gücünü və siyasətini əks etdirir. Çünki siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun rifahı, onun sağlamlığıdır. İnsan sağlamlığı hər şeydən üstündür».

Belə qayğılı münasibətə cavab olaraq, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi rəhbərliyi altında rayonun səhiyyə işçiləri vətəndaşlara göstərdikləri tibbi xidmətin keyfiyyətini davamlı artırmağı qarşılarına məqsəd qoyublar və müşahidə olunanlar belə qənaət yaradır ki, məqsədlərinə nail olurlar. Cəlilabad əhalisinin səhiyyə xidmətindən razılıqları səhiyyə naziri Oqtay Şirəliyevin ötən il dekabrın 3-də RMX-da keçirdiyi qəbulda da vətəndaşlar tərəfindən ifadə olunmuşdur.

 

Əminliklə söyləmək olar ki, başda Əziz Əzizov, bu məqalədə adını çəkdiyimiz və çəkmədiyimiz ziyalılar, Cəlilabad ictimaiyyəti, rayonun tərəqqipərvər vətəndaşları respublikamızda gedən inkişaf prosesindən layiqincə bəhrələnmək üçün bu tərəqqiyə daha sanballı töhfələr verəcək, Azərbaycanın çiçəklənməsi naminə qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024