Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (18-12-2014, 12:05)
Cəlilabad tərəqqi yolu ilə irəliləyir


«Cəlilabad Azərbaycanın inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlarından biridir».
İlham Əliyev

Respublikamızın əksər əyalətlərində olduğu kimi, Cəlilabad rayonunda dövlət müstəqilliyimizin bəhrələri özünü göstərir, hər addımda tərəqqi meylləri hiss olunur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının layiqincə reallaşdırılması, abadlıq-quruculuq tədbirlərinin genişləndirilməsi sayəsində Cəlilabad rayonu da tərəqqi yoluna çıxmış və əhalini qayğılandıran məsələlər, o cümlədən məşğulluq problemi həllini tapmışdır.
Cənab Əziz Əzizovun Rayon İcra Hakimiyyətinə başçılıq etməsi Cəlilabadın iqtisadiyyatının səmərəli idarə edilməsini də şərtləndirmişdir. Rayonun iqtisadiyyatında əsas yer tutan kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət ayrılır. Bunun nəticəsidir ki, kənd zəhmətkeşləri hər il yetərli qədər məhsul yetişdirirlər.
Aqrar bölməyə xidmət edən aqroservis müəssisəsi, toxum müfəttişliyi, bitki mühafizə xidməti, bölgə təcrübə stansiyası və özəl toxumçuluq müəssisələri yüksək məhsuldarlığa nail olmaq üçün imkanlardan maksimum istifadə etməyə çalışırlar. 
Rayonda əhalinin elektrik enerjisinə, təbii qaza, içməli suya olan tələbatının ödənilməsi sahəsində əsaslı dönüş yaranmışdır. Səhiyyə, rabitə, poçt, nəqliyyat, ticarət, ictimai iaşə xidmətlərinin səviyyəsi xeyli yüksəlmişdir. Bir sözlə, hər sahədə möhtərəm Prezidentimiz İlham Əliyevin Cəlilabad haqqında söylədiyi bu fikirlərin təsdiqini tapmaq olur: «Mən çox şadam ki, Cəlilabadda bütün işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımi tədbirlər görülür. Həm sənaye imkanları artır, iqtisadi göstəricilər yaxşılaşır, həm də sosial infrastruktur yaradılır».

Cəlilabadın yaxın illərdə dotasiyaya ehtiyacı olmayacağı proqnoz edilir

Rayonda dövlətin maliyyə siyasəti dürüst həyata keçirilir, büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasının, yerli xərclərin tərtibinin və xəzinə əməliyyatlarının düzgünlüyü təmin olunur. Rayon Maliyyə İdarəsinin rəisi Əlinazim Quliyevin rəhbərliyi ilə maliyyə nəzarətini həyata keçirən mütəxəssislər yerlərdə büdcə uçotunun təlimata uyğun aparılması sahəsində mühasiblərlə maarifləndirmə işləri aparılar. İdarə, müəssisə və təşkilatlar maliyyə intizamına riayət edir, israfçılığa yol verilməməsi üçün Maliyyə İdarəsindən aldıqları tövsiyələrə əməl edirlər. Əlinazim müəllim nikbinliklə proqnoz edir ki, yaxın illərdə Cəlilabad rayonunun inkişafı o səviyyəyə çatacaq ki, rayon dotasiyadan imtina edəcək, yerli xərclər elə yerli gəlirlər hesabına maliyyələşəcək.

Təhsilin inkişafı yönündə nəzərəçarpan işlər görülmüşdür

Respublikamızın hər yerində olduğu kimi, Cəlilabad rayonunda da təhsilin inkişaf etdirilməsi, təlim və tərbiyə işinin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində rayonda müasir məktəblər tikilmiş, köhnələri əsaslı şəkildə təmir edilmiş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir. Təhsil sahəsində dövlətin qarşıya qoyduğu vəzifələrin müvffəqiyyətlə həlli, təlim-tərbiyə prosesinin daha da yaxşılaşdırılması məqsədilə rayon təhsil şöbəsində əsaslı kadr islahatı aparılmışdır.
Rayonda Azərbaycan Müəllimlər İnstitutunun rayon filialı,  peşə liseyi, peşə məktəbi, 126 ümumtəhsil məktəbi, 18 məktəbəqədər, 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərinin 74-ü tam orta, 39-u ümumi orta, 13-ü ibtidai məktəblərdir. Ümumtəhsil müəssisələrində 2930 nəfər pedaqoji işçi çalışır. Təhsil işçilərindən 7 nəfər «Tərəqqi» medalı ilə təltif edilmiş, 7 nəfər isə Azərbaycan Respublikasının Əməkdar Müəllimi fəxri adına layiq görülmüşdür.
Vidadi Dövlətovun RTŞ-nə müdir təyin olunması rayon təhsilində müsbət meylləri gücləndirmiş, müşahidə olunan bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasına nail olunmuşdur. İxtisasca müəllim olan Vidadi Dövlətov üçün rayonun təhsil müəssisələrinin fəaliyyətini günün tələbləri istiqamətinə yönəltmək, müəssisə rəhbərləri ilə səmərəli əlaqə qurmaq çətin olmamışdır. Çünki uzun müddət Vidadi müəllim Cəlilabad RİH başçısının təhsil, səhiyyə, mədəniyyət məsələləri üzrə müavini işləmişdir. Məhz onun səmərəli idarəçiliyi, təcrübəsi sayəsində təhsil şöbəsi Təhsil Nazirliyinin müraciətinə öz əməli işi ilə cavab verərək, qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi üçün fəaliyyətini daha da gücləndirmiş, mövcud potensialı hərəkətə gətirmiş, təhsil sahəsinrdəki qüvvə və resursları fəallaşdırmışdır.
Ali məktəblərə sənədvermə və qəbulun müqayisəli təhlili göstərir ki, bu vacib sahədə də irəliləyiş və müsbət dinamika mövcuddur. 
Əlbət ki, Vidadi Dövlətov və Cəlilabad rayonunun tərəqqipərvər təhsil işçiləri qazandıqları nailiyyətlərlə arxayınlaşmayacaq, çalışdıqları sahədə daha böyük müvəffəqiyyətlərə imza atacaqlar.

 

 

  

Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımkar atılır

Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.

Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir.

Onu da qeyd edək ki, DSMF Cəlilabad rayon Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır.

DSMF Cəlilabad rayon şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF rayon Şöbəsində yaradılmış «Yardım masajı»nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.

 

ƏSMM işini günün tələbləri səviyyəsində qurur.

 

2014-cü ilin ötən ayrlaı ərzində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində  Mehdi Abasovun rəhbərlik etdiyi Cəlilabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tələb olunan qədər işlər görmüşdür.Cəlilabad Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur

 

 Yol infrastrukturu təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir  

 

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının başlıca hədəflərindən biri də yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması olmuşdur. Prezident İlham Əliyev dövlət proqramlarının uğurla yerinə yetirilməsində ilk növbədə müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini bildirərək demişdir: «Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyildir». Ölkə Prezidenti son illər dəfələrlə bölgələrə səfər etmiş respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması üçün konkret tapşırıqlar vermişdir. Dövlət başçısının diqqət və qayğısına əməli işlə cavab verən Cəlilabad  rayonunun yol təsərrüfatı işçiləri daha yüksək nailiyyətlərin əldə olunması üçün bütün imkanları səfərbər etmişlər.

Rayon ərazisində magistral rayonlararası və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması və təmiri sahəsində xeyli iş görülmüşdür. İstismar tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirilir, yollarda hərəkət nizamlayıcı nişanlar qoyulmuşdur. Bu işərin həyata keçirilməsində Cəlilabad rayon Yol İstismar İdarəsinin kollektivinin xidməti danılmazdır. Yolların istismarına nəzarət həmçinin RİH-nin müvafiq şöbələri və ərazi icra nümayəndəlikləri tərəfindən də həyata keçirilmişdir. Şəhər və qəsəbələrdə yollar həmçinin müasir işıqlandırma sistemi ilə təchiz olunmuşdur.

 

 


Cəlilabad rayonunda diqqət mərkəzində saxlanılan sahələrdən biri də səhiyyə sistemidir

Ötən il sentyabrın 4-də respublikamızın prezidenti İlham Əliyevin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etməsi rayonun tərəqqipərvər səhiyyə işçilərini ruhlandırmışdır. Ölkə başçısının 2012-ci ildə imzaladığı Sərəncama əsasən Səhiyyə Nazirliyinin sifarişi ilə ən müasir tələblər səviyyəsində tikilən əsas xəstəxana binasından əlavə yoluxucu xəstəliklər üçün ikimərtəbəli infeksion işə inşa edilmişdir. Həyətdə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları yaradılmışdır. Ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi 7381 kvadratmetr olan xəstəxananın üçmərtəbəli binasında ən müasir tibbi avadanlıq quraşdırılmışdır. Xəstəxanada laboratoriya, poliklinika şöbələri; rentgen, ÜSM, əməliyyat otaqları, reanimasiya-anesteziologiya şöbəsi, mama-ginekoloji, uşaq xəstəlikləri şöbələri və inzibati otaqlar vardır. Bundan başqa nevrologiya və cərrahiyyə şöbələri də fəaliyyət göstərir. 50 nəfərlik iclas zalı da yığıncaqların keçirilməsini asanlaşdırıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, «dünyada hansı yüksək standart varsa, Cəlilabad rayon mərkəzi xəstəxanasında da o standart vardır - həm keyfiyyət, həm memarlıq, həm gözəllik, təmizlik. Xəstəxananın tikintisi Azərbaycan dövlətinin gücünü və siyasətini əks etdirir. Çünki siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun rifahı, onun sağlamlığıdır. İnsan sağlamlığı hər şeydən üstündür».
Belə qayğılı münasibətə cavab olaraq, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ilham Əliyevin rəhbərliyi altında rayonun səhiyyə işçiləri vətəndaşlara göstərdikləri tibbi xidmətin keyfiyyətini davamlı artırmağı qarşılarına məqsəd qoyublar və müşahidə olunanlar belə qənaət yaradır ki, məqsədlərinə nail olurlar. Cəlilabad əhalisinin səhiyyə xidmətindən razılıqları səhiyyə naziri Oqtay Şirəliyevin ötən il dekabrın 3-də RMX-da keçirdiyi qəbulda da vətəndaşlar tərəfindən ifadə olunmuşdur.



Cəlilabadlılar seçimlərində yanılmırlar

 Cəlilabadlıların bir mühüm müsbət xüsusiyyətləri də fəal vətəndaşlıq mövqeyinə malik olmaları, siyasi orientasiyalarını düzgün müəyyən etmələri, seçimlərində yanlışlığa yol verməmələridir. Keçən ilin oktyabr ayının 9-da keçirilən prezident seçkilərində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verdikləri kimi, daha əvvəl keçirilən parlament seçkilərində də ən layiqli namizədlərini düzgün müəyyənləşdirmişdilər. 67 saylı Cəlilabad şəhər seçki dairəsindən Milli Məclisə üzv seçilmiş millət vəkili Malik Həsənov ona göstərilən etimadı doğruldaraq, seçiciləri ilə vaxtaşırı görüşür, onların müraciətlərinə həssas yanaşır, problemlərinin həllində yardımçı olur. Dövlət və hökumət orqanları ilə etibarlı tərəf müqabili kimi çıxış edən millət vəkili yerli əhəmiyyətli sosial məsələlərin həllinə nail olmaq üçün əlindən gələni əsirgəmir, lazım gəldikcə şəxsi nüfuzundan da istifadə edir. İntizamlı deputat kimi xarakterizə olunan cənab Həsənov Milli Məclisdə təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür.

***

 Əminliklə söyləmək olar ki, başda Əziz Əzizov, Malik Həsənov olmaqla, bu məqalədə adını çəkdiyimiz və çəkmədiyimiz ziyalılar, Cəlilabad ictimaiyyəti, rayonun tərəqqipərvər vətəndaşları respublikamızda gedən inkişaf prosesindən layiqincə bəhrələnmək üçün bu tərəqqiyə daha sanballı töhfələr verəcək, Azərbaycanın çiçəklənməsi naminə qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024