Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (1-10-2014, 21:45)
Quba inkişaf yolunda

 

 


.
Möhtərəm Prezidentimiz İlham Əliyevin etimadını doğruldan, «Şöhrət» ordenli dövlət qulluqçusu Mübariz Ağayevin başçılığı altında Quba Rayon İcra Hakimiyyəti qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi üçün görülən işləri düzgün istiqamətləndirə bilmişdir.
2014-ci ilin arıq 9 ayı arxada qalmaqdadır.2013 -ci ilə nisbətən ümumidaxili məhsulun həcmi,istehsal və bütün istiqamətlər üzrə artım riyazi rəqəmlərdə öz əksini tapır.

Ötən 9 ay ərzində rayon üzrə ümumi məhsul buraxılışında, əhaliyə göstərilən pullu xidmətlərin həcmində, pərakəndə əmtəə dövriyyəsində, adambaşına düşən pul gəlirlərində, orta aylıq əmək haqqının kəmiyyətində, əsas kapitala yönəldilən investisiyaların həcmində əhəmiyyətli artım qeydə alınmış, makroiqtisadi göstəricilər yaxşılaşmışdır.  Dövlətin maliyyə siyasətinin Qubada uğurla həyata keçirilməsinə nəzarət funksiyası layiqincə yerinə yetirilmiş, israfçılığa yol verilməməsi, maliyyə intizamına riayət edilməsi üçün lazimi tədbirlər görülmüş, dövlət vəsaitlərinin təyinatı üzrə və səmərəli xərclənməsi üçün yerli idarə, müəssisə və təşkilatlarda maarifləndirmə işləri aparılmış, müəssisə rəhbərlərini və mühasibləri təlimatlandırılmışdır. Xərclər öz təyinatı üzrə müvafiq xərc maddələrində düzgün proqnozlaşdırılır;  yerli xərclərinin tərtibi zamanı xərclərə olan real tələbat düzgün maliyyə edilir; yerli xərclərdən maliyyələşən təşkilatlarda lüzumsuz xərclərin azaldılması ilə bağlı təkliflər verilir; növbəti büdcə ilində fəaliyyətə başlanılması; habelə genişləndirilməsi zəruri hesab edilən müəssisə və təşkilatlardan müvafiq təsdiqedici sənədlərin və tələb olunan vəsaitlərə dair hesablamaların alınması və icmallaşdırılması; icra gedişində yerli xərclərdə edilən dəyişikliklərin uçotunun aparılması və s. işlər qanunvericiliyə uyğun şəkildə həyata keçirilir.

“Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqram”larının son illər uğurla həyata keçirilməsi bu bölgənin sakinlərinə imkanlar açıb.

Quba rayonunda son illər əhalinin taxılçılıq sahəsinə marağının artması müşahidə olunur ki, bu da kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artması ilə əlaqələndirilir. Rayonda kənd təsərrüfatı istehsalçılarına subsidiyalar verilmiş, onlara güzəştli qiymətlərlə mineral kübrələr, lizinq yolu ilə kənd təsərrüfatı texnikası satılmiışdır.
Əlbəttə ki, Quba rayonunda aqrar sektorda əldə olunan nailiyyətlərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən torpaq və onunla bağlı münasibətlər sistemində tənzimləyici rolu böyükdür. 

Quba  rayonda yaşayan azsaylı xalqların folklor və sənətkarlıq nümunələrinə geniş yer verilib, təşkil edilən sərgilərdə nümayiş olunub. Bütün bu tədbirlər yerli, həmçinin xarici turistlər tərəfindən maraqla qarşılanıb. Qubanın qonaqları Heydər Əliyev Mərkəzini, kütləvi soyqırım məzarlığını ziyarət edir, xalçaçılıq müəssisəsində nadir sənətkarlıq nümunələri ilə tanış olur və Qubanın görkəmli məkanlarını gəzirlər.Quba rayonunda bir sıra respublika və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir. Ölkəmizin ən mühüm turizm bölgələrindən olan Qubaya hər gün müxtəlif xarici ölkələrdən qonaqlar gəlir, onlar rayonun görməli yerləri ilə, “Soyqırım” Abidə kompleksi ilə, rayonda yaşayan azsaylı xalqların adət-ənənələri ilə tanış olurlar. Rayonda geniş miqyaslı tikinti abadlıq və quruculuq işləri ilə bərabər çox saylı mədəni-kütləvi tədbirlər də keçirilir.


Quba rayonunun bütün tərəqqipərvər vətəndaşları gələcəyə optimist nəzərlərlə baxır və hesab edirlər ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında vətənimiz Azərbaycan daha da çiçəklənəcəkdir.  Qubalılar İnanırlar ki,  ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan daha çox bəhrələnəcək, respublikamızın tərəqqisinə sanballı töhfələr verəcəklər.        

 

 Qubamızla sözün əsl mənasında fəxr etməyə dəyər.

Quba: “ŞİMAL İNCİSİ”-FOTOLAR
Quba: “ŞİMAL İNCİSİ”-FOTOLAR
Quba: “ŞİMAL İNCİSİ”-FOTOLAR
Quba: “ŞİMAL İNCİSİ”-FOTOLAR
Quba: “ŞİMAL İNCİSİ”-FOTOLAR
Quba: “ŞİMAL İNCİSİ”-FOTOLAR
Quba: “ŞİMAL İNCİSİ”-FOTOLAR
Quba: “ŞİMAL İNCİSİ”-FOTOLAR

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024