Siyasət / Slayd (26-11-2014, 23:07)
Vasif Talıbovun biznesinə beynəlxalq qadağa
“Red Bull”, “Jaguar” və bu kimi digər enerji içkiləri uşaqların ölümünə səbəb ola bilər. Amerikanın Ürək Dərnəyi enerji içkilərinin zərəri ilə bağlı bu cür rəsmi xəbərdarlıqla çıxış edib və həmin müraciəti Ümumdünya Səhiyyə Təşkilatına göndərib.
Türkiyə mətbuatı xəbər verir ki, tanınmış səhiyyə qurumu adıçəkilən içkilərin ürək-damar xəstəliklərinə səbəb olması ilə bağlı açıqlama yayıb. Araşdırmalardan bəlli olub ki, enerji içkiləri 6 yaşına qədər uşaqlar üçün əks göstərişlidir.
2010-2013-cü illərdə 5 min nəfər 5-18 yaşlı uşaqlar nəzarətdə saxlanılıb. Həkimlər enerji içkilərindən sonra onlarda ürək döyüntülərinin sürətləndiyini, təzyiqin artdığını müşahidə ediblər.
Araşdırmaya qatılan Miçiqan Uşaq Xəstəxanasının baş həkimi Steven Lipshultz uşaqların enerji içkilərindən istifadəsinə qəti qadağa qoyulmasını təklif edib. Tərkibində yüksək şəkər, kofein olan içkilər ürək xəstəliyi olan yaşlılar üçün də təhlükəli qiymətləndirilib.
Ümumdünya Səhiyyə Təşkilatı da tərkibində natrium benzoat, kofein və amin turşusu kimi maddələr olan içkilərin təhlükəli ola biləcəyini qəbul edib. Amerikalı mütəxəssislər iddia edirlər ki, tərkibinə müxtəlif qatqılar qatılan enerci içkilərinin istehsalından və geniş yayılmasından sonra ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı sürətlə artıb.
Qeyd edək ki, bu içkilər Azərbaycan bazarında da satılır. Azərbaycanda onların rəsmi satış distribütoru “Cahan Holdinq”dir. Bu holdinqin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova məxsus olduğu bildirilir. Artıq Türkiyədə enercili içkilərin satışının qadağan edilməsi ilə bağlı mətbuatda təkliflər səsləndirilir. Azərbaycanda isə bu içkilərdən daha çox gənc nəsil istifadə edir.
Məsələ sosial şəbəkədə də müzakirəyə çıxarılıb. Sosial şəbəkə istifadəçiləri məktəb şagirdlərinin enerji içkilərindən istifadə etməsinə qarşı çıxıb: “Məsələn, ”Caguar" içkisinin tərkibində 9 faiz spirt var. Pivədən də çoxdur spirt! Ancaq o, Bakıda məktəblilər arasında dəhşətli dərəcədə geniş yayılıb. Qiyməti “Red Bull”dan ucuz olduğu üçün (1 manatdır) hətta 4-5-ci sinif şagirdləri də onları vəhşi kimi sümürürlər. Birinə dedim içmə, olmaz, dedi atam icazə verir".
Kardioloq Rafiq Həsənov bildirib ki, enerji içkilərinin əsas təhlükəsi onların siqaret kimi asılılıq yaratmasıdır: “Enerji içkilərindən sonra ürək döyüntülərinin sürətlənməsi, qan təzyiqinin artması təbii ki, ürəyin yüklənməsi ilə nəticələnə bilər. Araşdırmaçılar hətta bu içkilərin siqaretdən daha təhlükəli olduğunu sübut edən faktlar ortaya qoyurlar. Enerji içkiləri insan beynində oyanıqlığa səbəb olur. Sübut olunub ki, bu içkilərdən istifadə edənlər yaddaş dağınıqlığından, yuxusuzluqdan şikayətlənirlər” (virtualaz.org)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024