Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (22-11-2014, 21:21)
Bayden Bakı-Tiflis-Ceyhan kəmərindən danışdı

Bayden Bakı-Tiflis-Ceyhan kəmərindən danışdı

 

Türkiyədə səfərdə olan ABŞ-ın vitse-prezidenti Co Bayden ABŞ Atlantik Şurasının “Enerji və iqtisadiyyat” mövzusunda İstanbulda keçirilən zirvə toplantısında iştirak edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, Co Bayden çıxışında İstanbulun Atlantik Şurası toplantısını keçirmək üçün ən uyğun yer olduğunu bildirib: “Həyati əhəmiyyətli bir bölgədəyik. Avropanın enerji təhlükəsizliyi prioritet mövzularımız sırasındadır. Enerji sarıdan bir mənbədən asılılıq Avropa üçün çox uzun zamandır problem yaradır. Artıq hərəkətə keçmək lazımdır. Rusiya tədarükçü olmasın demirəm. Lakin Avropa öz enerji mənbələrini müxtəlifləşdirməlidir. Rusiya beynəlxalq qaydalara əməl edərək burada oyunçu olmağa davam edə bilər”.  
 
Co Bayden bəyan edib ki, “əsrin layihəsi” olan və Xəzərin enerji ehtiyatlarını Avropaya çatdıran Bakı-Tiflis-Ceyhan bir çoxları inanmasa da, gerçək oldu: “Bu, oyun qaydalarını dəyişdirən bir hadisədir. Aralıq dənizi regionunda Azərbaycan və İranın da iştirakı ilə daha etibarlı bir enerji bölgəsi yaradacağıq. Bunun gətirəcəyi strateji faydadan bütün bölgə yararlanacaq. İsrail, Türkiyə, Yunanıstan, Misir və Kiprin  bir araya gəlməsi ilə bölgədə rifah səviyyəsi yüksəldilə bilər. Bu, enerji təhlükəsizliyinin təminatı ilə mümkün olacaq”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024