Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-03-2014, 19:19)
Vasif Talıbovun oğlu elmi ad almağa hazırlaşır - EKSKLÜZİV

Vasif Talıbovun oğlu elmi ad almağa hazırlaşır - EKSKLÜZİV

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etməyə hazırlaşır. Bu barədəMediatv.az saytına Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib. 

Saytımıza verilən məlumatda bildirilib ki, Seymur Talıbov Ali Attestasiya Komissiyasına hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi təqdim edib. 

Onun müdafiə etməyə hazırlaşdığı elmi iş “Regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri” adlanır. Dissertasiya işində Xəzər regionunda enerji təhlükəsizliyi məsələlərindən bəhs olunur.

Artıq dissertasiyanın müdafiəsi üçün tarix də dəqiqləşib. Belə ki, Seymur Talıbov aprelin 1-də elmi işinin müdafiəsinə çıxacaq. 
Modern.az saytının araşdırması zamanı məlum olub ki, Seymur Talıbov hazırda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində çalışır. O, həmçinin hakim Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının üzvüdür. 

Qeyd edək ki, bəzi KİV-lər indiyədək Seymur Talıbovun fəaliyyəti barədə müxtəlif iddalarla çıxış edib. Onun gah XİN-də işlədiyi, gah da biznes sahəsində çalışdığı bildirilirdi. Amma indi belə məlum olur ki, bu iddaların əsası yoxmuş.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024