Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-09-2021, 16:13)
Ermənistandan geriyə addım: - Zəngəzur dəhlizinin açılışına mane olan kimlərdir?

Ermənistandan geriyə addım:
Ermənistanın Milli Təhlükəsizlik Xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün “müvəqqəti bağlayıb”.

Bu haqda erməni KİV-ləri xəbər verir.

Polis və xüsusi xidmət orqanı əməkdaşları İran TIR-larının sürücülərinə Azərbaycan ərazisindən keçməyən alternativ yolu təklif edirlər. Lakin həmin qrunt yol dardır və iri yük maşınları orada hərəkət edə bilmir.

Erməni KİV-ləri yazırlar ki, Azərbaycan tərəfi iranlı sürücülərdən daşıdığı yüklərin xarakterindən asılı olaraq 100-300 dollar arası yol vergisi tələb edir. Gorusa tərəf gedən iranlı sürücülərdən çoxu pullarının olmadığını deyərək bu vergini verməyiblər.

Amma onlara xəbərdarlıq ediblər: geri qayıdanda həm gediş, həm gəliş üçün yol vergisini ödəməli olacaqlar. Sürücülər deyirlər ki, erməni polisi və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları onlara alternativ yolla getməyi təklif edirlər, amma TIR-lar çox böyükdür və belə dar yolla gedə bilmir. Bir çox sürücülər bu yolla getməyə cəhd edərkən qəzaya düşüblər.

Qeyd edək ki, Azərbaycan tərəfi bir neçə gündür Gorus-Qafan yolunda İran yük maşınlarını saxlayıb yoxlayır, onlardan yol vergisi tələb edir. Yol iki hissədə Qubadlı rayonunun ərazisindən keçir, Azərbaycan həmin hissələrdə sərhədçilərini yerləşdirib, Eyvazlı kəndi yaxınlığında isə gücləndirilmiş polis postu qoyub.

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın Gorus-Qafan yolunda İran yük maşınlarını yoxlamasına haqq qazandırıb, yolun Azərbaycan ərazisindən keçdiyini təsdiqləyib.

Bunu Ermənistanın geri addımı kimi qiymətləndirə bilərikmi? Azərbaycan bundan təzyiq vasitəsi kimi istifadə edərək Zəngəzur dəhlizinin açılmasına nail ola bilər?

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında bildirib ki, bu açıq-aşkar Ermənistanın məğlubiyyətini göstərir:

“Ermənistan geri addım atdı, çünki biz ərazilərimizi işğaldan azad etmişik. Bu gün ora nəzarət ediriksə, bu bizim üstünlüyümüzdür və şərtləri biz diktə edirik. Buna görə də ermənilər geri çəkilmək məcburiyyətində qalıb. Düşünürəm ki, Azərbaycan orada təhlükəsizlik bölgəsi yaratmalıdır.Gorus-Qafan yolunun 21 kilometri Azərbaycan ərazisinə düşür. İndiyədək Ermənistan və İran həmin yoldan öz dədə-baba torpağı kimi istifadə edib. Amma zaman dəyişdi, artıq Azərbaycan ərazilərinə özü nəzarət edir. Artıq həmin yola Azərbaycan polisi və gömrük komitəsi var. İndi ermənilər çox narahatdır və alternativ yol çəkməkdən başqa variantları yoxdur. Sadəcə olaraq, hazırda onların vəsaiti yoxdur. Ona görə də bu yoldan istifadə etməyə çalışırlar, çünki çıxış yolu tapa bilmirlər. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan da dedi ki, Azərbaycanın atdığı addımlar qanunauyğundur”.

Partiya sədri, Xankəndinə yük daşıyan azərbaycanlı sürücülərə də sərt reaksiya verib:

“İranın xəyanətkarlığını və bəzi azərbaycanlı sürücülərin şərəfsiz mövqeyini xüsusi qeyd etmək lazımdır. Çünki onlar faktiki olaraq Xankəndinə müxtəlif səpkili məhsullar aparır. Hesab edirəm ki, Cənubi Azərbaycanda olan qeyrətli soydaşlarımız İran dövlətinə və vasitə kimi istifadə etdiyi o adamlara təpki verəcək.Qeyd edim ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün müxtəlif təzyiq vasitələrindən istifadə edir. Bu da onlardan biridir. Başqa təzyiq vasitələri də var və onlar da istifadə ediləcək. Nəticə etibarı ilə Zəngəzur dəhlizi ermənilərdən alınacaq”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025