Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Redaktor seçimi (Bu gün, 12:15)
Baba Rzayevin tenderlərə dəyişməyən BAXIŞ bucağı..

​​​​ 
Azərenerji” ASC 100 MVt-lıq günəş elektrik stansiyalarının enerjisistemə inteqrasiyası ilə əlaqədar 110 kV-luq iki dövrəli elektrik verilişi xətlərinin (EVX) tikintisi işlərinin satın alınması üzrə tenderi başa çatdırıb.
 Mediatv.az  xəbər verir ki, tenderin qalibi “Azərelektrik Tikinti Quraşdırma” MMC (VÖEN: 1404754281) olub.
Qalib şirkətə 24 165 668 manat ödəniş ediləcək. Maraqlısı odur ki,Dövlət satınalmalarının vahid internet portalında bu tender 21.08.2025-ci il tarixdə elan edilir,elə həmən gün dərc edilir və elə həmən gün (21.08.2025-ci il tarixdə də) “Azərelektrik Tikinti Quraşdırma” MMC tenderin qalibi elan edilir.Görəsən bu necə baş verir?Tender elanından bir gün keçməmiş bir şirkətin qalib olması qaranlıq məqamlardan xəbər verir.
Onu da qeyd edək ki, bu cür şübhəli tender müsabiqələri Azərenerji” ASC  tərəfindən mütəmadi olaraq keçirilir.

 Digər maraqlı məqam isə bu şirkətin yarım milyondan çox borcunun olmasıdır.Qeyd edək, tenderə qoşulacaq şirkətin vergi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş və gecikmiş borcu olmamalıdır. Vergi Məcəlləsinə uyğun olaraq, riskli vergi ödəyicisi olmaq da məhdudiyyətlər yaradır.
Belə olan halda,yarm milyona yaxın vergi borcu olan şirkət necə tenderə buraxılıb? Buraxılması bir yana, yüksək vergi borcu olan şirkət necə qalib gələ bilib? Tenderi keçirənlər qalibi müəyyən edərkən şirkətin vergi borcundan xəbərsizdirlər, yoxsa qanundan?
 Daha çox maraq doğuran məsələlərdən biri də Azərenerji” ASC tərəfindən keçiririlən tenderlərin böyük əksəriyyətinin qalibi i “Azərelektrik Tikinti Quraşdırma” MMC-dir.Beləki,Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatda isə MMC 04.03.2020-ci ildə, yəni cəmi yaranmasndan 7 ay sonra  “Azərişıq” ASC-nin Şamaxı rayonu 35 kV-luq 1 dövrəli “Çuxuryurd-Meysəri” elektrik veriliş xəttinin tikintisi işlərinin satın alınması üzrə keçirdiyi tenderin qalibi olub. Bu tender üzrə isə tərəflər arasında 2.239.536,08 manat məbləğində satınalma müqaviləsi bağlanıb.Daha sonra, 24 may 2024-cü ildə “Azərenerji” ASC-nin 330 kV-luq ikidövrəli “330/33 kV-luq Şəfəq GES – 330/110/10 kV-luq Cəbrayıl YS” EVX-nin tikintisi işlərinin satın alınması tenderində də qalib gələrək 5 714 633 manatlıq sifariş əldə etmişdir.

  “Azərenerji” ASC tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda “Azərelektrik Tikinti Quraşdırma” MMC -nin 30.12.2023-cü ildə 110 kV-luq ikidövrəli “Şuşa YS – Xankəndi 1 YS” EVX-nin tikintisi işlərinin satın alınması üzrə, 110 kV-luq ikidövrəli “Şuşa YS – Xankəndi-1 YS” EVX-nin giriş-çıxış sxemi ilə “Xankəndi-2” YS-na qoşulması işlərinin satın alınması üzrə,  110 kV-luq ikidövrəli “Şuşa YS – Xankəndi 1 YS” EVX-nin tikintisi işlərininsatın alınması üzrə açıq tender üsulu ilə keçirilmiş 3 müsabiqənin, 22.12.2023-cü ildə 330 kV-luq “Cənub Elektrik Stansiyası – Ələt Azad İqtisadi Zona Yarımstansiyası” Elektrik Veriliş Xəttinin tikintisi işlərinin satın alınması müsabiqəsi üzrə, 15.09.2023-cü ildə 110 kV-luq ikidövrəli “110/35/10 kV Qorçu YS – 110/35/10 kV-luq Laçın Şəhər YS” arası EVX-nin tikintisi işlərinin satın alınması üzrə, 19.11.2022-ci ildə 220 kV-luq “Qobu” Elektrik Stansiyası- “Pirəkəşkül” Külək Elektrik Stansiyası Elektrik Veriliş Xəttinin tikintisi və elektrik quraşdırma işlərinin satın alınması üzrə, 08.04.2022-ci ildə 330 kV-luq 4-cü “Mingəçevir” Hava Xəttinin yenidənqurulması və 37-38 saylı dayaqlararası aşırımda 330 kV-luq 5-ci və 6-cı “Mingəçevir” Hava Xətləri ilə kəsişmədə elektrikquraşdırma işlərinin satın alınması üzrə, 110 kV-luq ikidövrəli “110/35/10 kV-luq “Kəlbəcər” Yarımstansiyası – 110/35/10 kV-luq “Qorçu” Yarımstansiyası” arası Hava Xəttinin tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə, 110 kV-luq 1-ci və 2-ci “Şəmkir” Elektrik Verilişi Xətlərinin giriş-çıxış sxemi ilə “Gəncə-2” Yarımstansiyasına qoşulması və 330 kV-luq 1-ci “Goranboy” Hava Xəttinin tikintisi və istismara verilməsi işlərinin satın alınması üzrə, 500 kV-luq 2-ci “Abşeron” və 330 kV-luq 1-ci “Abşeron” Hava Xətlərinin yenidənqurulması və elektrikquraşdırma işlərinin satın alınması üzrə keçirilmiş 4 müsabiqənin qalibi olduğu göstərilir.
Göründüyü kimi “Azərenerji” ASC ” “Azərelektrik Tikinti Quraşdırma” MMC 08.04.2022-ci ildən 30.12.2023-cü ilə qədər ayrı ayrı bölgələrdə elektrikquraşdırma işlərinin satın alınması üzrə 10 satınalma müqaviləsi bağlayıb. Bunlardan yalnız  20.02.2024-cü il tarixində 330 kV-luq ikidövrəli “330/33 kV-luq Şəfəq GES – 330/110/10 kV-luq Cəbrayıl YS” EVX-nin tikintisi işlərinin satınalınması ilə əlaqədar dərc edilmiş açıq tender müsabiqəsi üzrə bağlanmış müqavilənin məbləği açıqlanıb. Amma qalib gəlmiş təşkilatla bağlanan digər 10 satınalma müqaviləsinin məbləği açıqlanmayıb.
Qeyd edək ki, "Azərelektrik Tikinti Quraşdırma" MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Ziya Əşrəfzadə Mustafa oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 25, mənzil 28-də yerləşir.Hüquqi şəxslərin reyestrinə daxil edilən məlumatlarda olunan dəyişikliklərdə MMC-nin ilk qanuni təmsilçisinin və ya təsisçisinin Babayev Baxış Abutalıb oğlu olduğu qeyd olunub.

    Kimdir Baxış Babayev?

Hələ 1990-cı illərdə “Azərenerji” İstehsal Birliyi “Azərelektrikşəbəkətikinti” trestinin müdiri olmuş bir şəxs.
Rəsmi mənbələrdə Azərbaycan Sovet Sosialist Respublikasının prezidenti Ayaz Mütəllibovun  29 yanvar 1991-ci il tarixli fərmanı ilə Babayev Baxış Abutalıb oğluna “Azərbaycan SSR əməkdar energetiki” adı verilib.
Rəsmi məlumatlarda, 13 yanvar 2013-cü ildə yayılan xəbərlərdə Prezident İlham Əliyevin “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyanın açılışında iştirak etdiyi bildirilir.
Enerji Satışı Departamentinin yeni inzibati binası ilə tanış olan dövlətimizin başçısı “Bakıelektrikşəbəkə”nin kollektivi ilə görüşüb. Kollektiv adından Prezident İlham Əliyevə minnətdarlığını çatdıranlar arasında Baxış Babayev də olub.
Məlum olduğu kimi hazırda “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri olan Balababa Rzayev həmin dövrdə, daha dəqiqi 2006 – 2015-ci illərdə “Bakıelektrikşəbəkə” ASC-nin idarə heyətinin sədri olub. Bu isə o deməkdir ki, Baxış Babayev vaxtı ilə Baba Rzayevin işçisi olub. Qeyd edək ki, Baba Rzayev “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri təyin olunan qədər, 10 fevral 2015 ildən – 4 sentyabr 2018-ci ilə qədər də “Azərişıq” ASC-nin sədri olub.

  Araşdırmamız davam edir.
   
   Mediatv.az

шаблоны для dle 11.2

Xəbər lenti
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025