Karusel (Bu gün, 13:16)
“AzParking” narazılıq yaradır: Baş redaktor həm rüsum ödədi, həm cərimələndi – NƏ BAŞ VERİR?

Əfqan bəyin başına gələn bu əhvalat Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yeni fəaliyyət sahəsi olan parklanma sistemi ilə bağlı çoxsaylı narazılıqlardan yalnız biridir. İş olan yerdə problemlər olur deyirlər. Bəs problem vətəndaşın öz problem ilə uğraşdığı məkanda, yəni xəstəxana həyətində olarsa, onda necə? Əvvəla, xəstəxana həyətində, yəni insanların öz sağlamlığı ilə bağlı problemi üçün gəldiyi bir yerdə parklanma xidməti nə qədər məntiqli və vacibdir? Digər bir tərəfdən baş vermiş hadisə ilə bağlı məlum olur ki, agentlik parklanma məntəqələrinin qeydiyyatını düzgün aparmayıb və sistemə küçənin ünvanı yanlış qeyd olunub. Yəni prosesi tam başa çatdırmadan pul yığımına başlayıb. Əgər AYNA xəstəxana həyətində, yəni insanların ən həssas olduğu məkanda belə hər gün onlarca avtomobildən ödəniş alan parklanma məntəqəsini fəaliyyətsiz sayırsa, paytaxtın ucsuz-bucaqsız ərazilərindəki “parkinq”lərə necə nəzarət edəcək? Digər bir tərəfdən vətəndaşın kartından pul çıxdığı halda ona cərimə tətbiq edilməsi nə dərəcədə doğrudur? Axı baş verən olay vətəndaşın səhvi ucbatından baş verməyib.
AYNA-ya veriləcək başqa suallar da var:
1) Konstitusiyaya görə, Azərbaycan vətəndaşının mobil cihazdan istifadə etmək kimi bir vəzifəsi yoxdursa, AYNA hansı ixtiyarla vətəndaşın konstitutsion hüquq və azadlıqlarına müdaxilə edərək onu daim mobil cihazdan istifadə etməyə, mobil cihazı yanında daşımağa və kontur yükləməyə zorlayır?
2) Azərbaycan Respublikasında əsas ödəniş vasitəsi nə zamandan manat deyil, SMS olub? Azərbaycanın milli valyutasını ödəniş vasitəsi kimi sıradan çıxarmaq ixtiyarını AYNA haradan alır?
3) Mobil telefonunu unutmuş vətəndaş dayanacaqdan son zərurət halında istifadə edib. Çünki sərbəst hərəkət etmək konstitusiyaya görə hüquq, parkinq xidmətindən istifadə etmək isə qaydadır. O, qaydanı qəsdən pozmayıb, öz ana yasa hüququnu qoruyaraq maşını saxlayıb. Bu isə İnzibati Xətalar Məcəlləsinin 19 maddəsinə əsasən halın icbari xəta olmasını aradan qaldırır. AYNA digər ödəniş üsulu təqdim etmədən halın son zərurət, yoxsa icbari xəta olmasını necə müəyyən edir?
4) Mövcud qanunvericiliyə görə, parkinqlərdə ödəniş parkomatlar vasitəsi ilə edilməlidir. Buna əlavə olaraq digər üsullar da təklif oluna bilər. Qanuna görə, parkomat yoxdursa və ya işləmirsə, vətəndaş digər üsulların olub olmamasından asılı olmayaraq ödəniş etməli deyil. Çünki ölkədə əsas ödəniş vasitəsi manatdır.
AYNA hazırda topladığı bütün ödəniş və cərimələrin qanunsuz olduğunun fərqindədirmi?
cümhuriyyət.az

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 08 2025
23 08 2025
23 08 2025
23 08 2025
23 08 2025
23 08 2025
23 08 2025
23 08 2025
23 08 2025
23 08 2025
23 08 2025
23 08 2025
23 08 2025
23 08 2025
23 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025