Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (Bu gün, 10:46)
Məşhur xanım jurnalistdən AZAL-a ritorik sual: "AZAL, bu rəzillik deyil, nədir?"

       
Məşhur xanım jurnalistdən AZAL-a ritorik sual: "AZAL, bu rəzillik deyil, nədir?"
İstanbuldan uçuşum var. Bilet 1 tərəfə təxminən 500 manat. Chek in açılan kimi daxil olmaq istədim, sistem dondu. Azı 5-6 dəfə cəhd elədim, açılmadı. Uçuşa 3 saat qalmış, nəhayət!!! Yerim 5C, hər şey qaydasında… Gəldim hava limanına, baqajımı verim, görəvli dedi yerinizi dəyişdirmək zorundayıq. Ay qardaş, nöşün, niyə? Yeri sistem bilet sinfinə uyğun verib, bu “zorundalıq” nədən yarandı? İzah-filan yoxdur - “hava yoluna bağlıdır, bizlik deyil”. Sizə 11 B-ni verirəm, söylədi. Orta yəni... Dünyada ənnn zəhləm gedən yer. Dedim, yaxşı, arxa ver, amma ya pəncərə, ya koridor. Dedi, pəncərələrin hamısı ödənişlidir. Elə şey olar - təəccübləndim… Birdən heç kim almaq istəmədi, əlində bileti olan sərnişin dedi ki, məni özünüz yerləşdirin, nə edəcəksiz, 1 oturacaqda 2 sərnişin otuzduracaqsız? Çiynini çəkdi…
İndi AZAL-dan soruşuram - aldığınız 500 manata nə daxildir? Ordan-burdan kirayələdiyiniz uçağa qıraqdan baxmaq? Sonra?
Cahangir AZAL-ı yeyib-dağıdıb, nə edib, uçaqların birini sağ ordu, digərini sol ordu ilə çeynəyib, ya nə olubsa, AZAL düzələ bilmir. Amma bu sərnişinin problemidir məgər? O uçaq şirkətləri oturacağı da pullu edir ki, 3-4 MİN - İstanbul-Bakı məsafəsindən 2 dəfə uzaq - kilometri sərnişinə 40-50 dollara satır.
AZAL, bəs sən hansı gününə?
Aygün Muradxanlı
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025