Karusel / Redaktor seçimi (Bu gün, 12:39)
New Med Klinikasında qanunsuz estetik cərrahiyyə əməliyyatları aparan hansı həkimdir?

Azərbaycanda tez-tez estetik cərrahiyyə və kosmetoloji fəaliyyətlə bağlı şikayətlərə rast gəlinir.
Hələ bu ilin mayında Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə estetik cərrahiyyə və kosmetoloji fəaliyyətlə bağlı daxil olmuş çoxsaylı müraciətlər əsasında tibb müəssisələrinin fəaliyyəti monitorinq etmişdi.Araşdırmalar zamanı estetik cərrahiyyələri icra edən, kosmetoloji xidmətlər göstərən ümumlikdə 9 klinika və kosmetoloji mərkəzdə pozuntular aşkarlanmışdı. İnzibati Xətalar Məcəlləsinin 192.1, 210.1 və215.4-cü maddələri ilə tibb müəssisələrinin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında 14 icraat başlanmışdı və bundan başqa, "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə uyğun olaraq qanun pozuntularından çəkindirmək məqsədi 8 halda vətəndaşlar və vəzifəli şəxslərə xəbərdarlıq edilib, habelə, həmin Qanunun 23-cü maddəsinə əsasən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün dövlət qurumlarına 7 təqdimat verilmişdi.Azərbaycanda ixtisası başqa, amma fəaliyyət sahəsi fərqli olan həkimlərin sayı günbəgün artır.
Belə ki, Tibb Universitetini bitirdikdən sonra illərlə başqa ixtisasda çalışsaların bəziləri sonradan dəbdə olan əməliyyat və prosedurları icra etməyə başlayır, özlərini estetik cərrah, stomatoloq, implantoloq, burun əməliyyatı üzrə uzman kimi tanıdır, pasiyentləri cəlb edir.
Belə həkimlərdən biri də həm plastik, estetik, həm də LOR əməliyyatlar icra edən və "iz itirməyə" cəhd edən Fuad Abdullayevdir.
Özünü plastik, estetik, LOR cərrah kimi tanıdan Fuad Abdullayevin ixtisası əslində, ümumi cərrahdır və 20 il ümumi cərrah kimi qarın boşluğu orqanları üzrə əməliyyatlar edib, Mərkəzi Dənizçilər xəstəxanasında çalışıb.
Son 5 ildir estetik cərrahiyyəyə tələbat olduğundan istiqaməti dəyişib. Hazırda eyni vaxtda abdominoplastika, mammoplastikadan tutmuş burun əməliyyatlarına kimi hər cür əməliyyat edir.

Fuad Abdullayev məlum yoxlamalaradək Lanset Cərrahlıq klinikasına estetik cərrahiyyə əməliyyatları həyata keçirmişdir.Yoxlamalardan sonra, Mediatv.az-a verilən məlumata görə "iz itirməyək" məqsədi ilə New Med Klinikasında qanunsuz olaraq fəaliyyətini davam etdirir.Bəs görəsən New Med Klinikası Fuad Abdullayevlə necə əmək müqaviləsi bağlayıb?New Med Klinikasının Fuad Abdullayevlə qanunsuz fəaliyyət göstərməsinə görəsən necə "qanuni don" geyindirir?
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin New Med Klinikasında Fuad Abdullayevin qeyri-qanunu cərrahiyə əməliyyatları aparmasından xəbəri varmı?New Med Klinikasın Plastik cərrahiyyə aparması üçün lisenziyası varmı?
Yaxın günlərdə bu suallara aydınlıq gətirmək üçün bütün aidiyyatı qurumlara sorğu ilə müraciət edəcəyik.
Mövzu diqqətimizdədir..
Mediatv.az

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
3 08 2025
3 08 2025
3 08 2025
3 08 2025
3 08 2025