Siyasət (14-09-2021, 12:57)
Ermənilər Xankəndidəki evlərini su qiymətinə satır...

“Bu gün Azərbaycanın işgaldan azad olunmuş Xankəndi və digər ərazilərində yaşayan ermənilərin əmlaklarının dəyəri demək olar ki, sıfıra bərabərdir. Hətta həmin ərazilərdə yaşamaq ücün digər ermənilərə pulsuz ev və aylıq müavinət veriləcəyi vəd olunsa da, hec bir halda hec bir erməni o ərazilərdə yaşamaq istəmir”.
Cebhe.info xəbər verir ki, bu fikirləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib:
“Orada yaşayanların sayları süni şəkildə şişirdilsə də, reallıqda rəqəmlər tam fərqli, yəni sayları deyilən rəqəmlərdən cox aşagıdır. Cünki ermənilərin Qarabağdan köc etməsi və saylarının azalması o ərazilərdəki sülhməramlıların missiyasının bitməsi, həmçinin həmin ərazilərdə yaşayan ermənilər üzərində İranın öz nəzarətini itirməsi deməkdir. Görünən mənzərəyə sıradan bir erməni baxışı ilə yanaşsaq, hər tərəfi düşmənlə əhatə olunmuş, başqa bir ölkənin əli silahll hərbciləri tərəfindən mühafizə olunan, digər bir müsəlman ölkəsi tərəfindən ərzaqla təmin olunan və Azərbaycana məxsus bir ərazi var.
Erməni satış saytlarında həmin ərazilərdəki evlərin baha qiymətə satışa cıxarılması isə başqa bir siyasətdir. İlk zamanlar ermənilər özləri evlərini satışa çıxarsalar da, bunun hec bir effekt vermədiyini və kənardan kimsənin gəlib o ərazilərdə ev almayacağını anladılar. Hazırda elanlara yerləşdirilən evlərin daha cox feyk elan olması və əksər elanların xarici nömrələr ilə satış saytlarına yerləşdirilməsi hər şeyin kənardan süni şəkildə idarə edilən bir tamaşa olundugunu, məqsədlərinin isə dünya ölkələrinə həmin ərazilərdəki əmlakların həqiqətəndə bahalı əmlak olması kimi bir fikir formalaşdırmaqdır.
Lakin uzun zamandır ki, erməni satış saytları üzərindən apardıgım araşdırmalar isə onu göstərir ki, ermənilər nəinki Qarabağda, hətta bütün Zəngəzur boyu ( Naxçıvan və Azərbaycanın digər əraziləri arasındakı bölgə) evlərini, fermalarını və bütün əmlaklarını cox ucuz qiymətlərə satışa cıxarırlar. 2020- ci ilin dekabır ayından 2021- ci ilin sentyabır ayına qədər erməni satış saytlarına istinadən apardıgım araşdırmalar onu göstərir ki, həmin ərazilərdəki əmlakların satış qiymətlərində 10 ay ərzidə minimum 30 faizə qədər ucuzlaşma baş verib. Dünya praktikasında daşınmaz əmlak bazarında ucuzlaşmanın baş vermə səbəbi müştəri qıtlıgı ilə əlaqədar olur. Demək ki, ermənilər nəinki Qarabağda, hətta Ermənistanın özündə belə daşınmaz əmlaklara yatırım etməkdən imtina edirlər”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025