Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (12-11-2020, 10:42)
Deputatlar Xankəndində yaşamaq istəyərlərmi?


Deputatlar Xankəndində yaşamaq istəyərlərmi?..
Sentyabrın 27-dən başlayan İkinci Qarabağ Müharibəsində Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində düşmən ağ bayraq qaldıraraq təslim oldu. Nəhayət, 30 ildir bu günü gözləyən Azərbaycan xalqı üçün bu qələbə əsl sevinc, qürur mənbəyi oldu. Prezident İlham Əliyev qələbə münasibətilə çıxışı zamanı bildirdi ki, işğaldan azad olunmuş torpaqlarda bütün infrastruktur dövlət tərəfindən yenidən qurulacaq, abadlıq işlərindən sonra qaçqın və məcburi köçkünlərimiz öz doğma torpaqlarına qaytarılacaqlar.

Azərbaycan dövlətinin bundan sonrakı strategiyalarından biri sözsüz ki, Xankəndi şəhərində rəsmi üsul-idarəni bərpa etmək, eləcə də vaxtilə oradan didərgin salınan soydaşlarımızı öz yerlərinə qaytarmaq olacaq.

Maraqlıdır, deputatlara təklif olunsa, Xankəndində yaşamağa gedərlərmi?

Modern.az saytının əməkdaşı “Xankəndidə yaşamaq istəyərsinizmi” sualı ilə Milli Məclisin bir neçə deputatına müraciət edib. Onlardan bəziləri suala konkret cavab verdi, bir qismi isə sualdan yayındı. Belə görünür ki, millət vəkillərinin heç də hamısı Xankəndində yaşamağa hazır deyil...

Deputat Aqil Abbas:

“Torpaq, iş verilsə, niyə də yaşamayım. Orada yaşamağım ermənilərə göz dağı olar. Erməni bizim orda yaşamağımızdan qorxsun, təşviş keçirsin”.

Deputat Siyavuş Novruzov:

“Azərbaycan vətəndaşı həmin bölgədə sərbəst yaşaya bilər. Həmçinin orada yaşayacaq ermənilər də Azərbaycan vətəndaşı olacaqlar. Cənab prezidentimiz qeyd edib ki, o ərazidə vaxtı ilə yaşamış ermənilər rahat şəkildə yaşaya bilərlər. Onların təhlükəsizliyinə qarantiya verilir. O cümlədən oradan məcburi köçkün düşmüş Azərbaycan vətəndaşları da yenidən el-obalarına qayıda bilərlər”.

Deputat Cavid Osmanov:

“İlk növbədə xalqımızı, dövlətimizi təbrik edirəm. Cənab prezidentimizə təşəkkür edirəm ki, bu günləri bizə yaşatdı. Azərbaycan Ordusu torpaqlarımızışükür olsun ki, çox qısa müddət ərzində işğaldan azad etdi. Biz dövlətimizə sadiqliyimizi hər zaman nümayiş etdirmişik. Dövlət nə məsləhət görürsə, onu etməyə hazırıq”.

Deputat Şahin Seyidzadə:

“İşğaldan azad olunmuş torpaqlarımızla bağlı artıq bir hədəfimiz var: əzəli torpaqlarımızı yenidən dirçəltmək, inkişaf etdirmək. Bu hədəfə də öz torpaqlarımıza geri qayıdaraq, həmin əraziləri inkişaf etdirməklə nail olacağıq. Bu məqsədin reallaşması ilə birmənalı olaraq bizim torpaqlarımızdaməskunlaşacaq ermənilərə göstərəcək ki, işğalçı siyasətin əksinə olaraq, Azərbaycanın mövqeyi daima çoxmillətlilik və uzunmüddətli sülhün təmin edilməsi istiqamətindədir. Münaqişə dövründə və həlli istiqamətində istər ölkə rəhbərliyi tərəfindən, istər diplomatik, istərsə də hərbi istiqamətdə görülən işlərlə Azərbaycan öz sözünü deməkdədir. Həmvətənlərimiz isə öz növbəsində işğaldan azad olunan ərazilərə geri dönərək orada olan həyatı yenidən canlandırmaqla, qarşı tərəfə bir daha inkişafı, dirçəliş və tərəqqini sübut edəcək. Hər birimiz Xankəndi və işğaldan azad olan digər bütün ərazilərdə orada ermənilərin yaşayıb-yaşamamağından asılı olmayaraq, həmin ərazilərdə yaşamağa hazır olmalıyıq. Beləliklə,ermənilərin 30 il ərzində işğal etdiyi ərazilərdə etmədiyini, biz öz doğma torpaqlarımıza geri qayıdaraq edəcəyik”.

Deputat Mahir Abbaszadə ümumiyyətlə suala cavab vermək istəmədi…
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024