Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (7-10-2014, 05:59)
Ələkbərov qardaşları haradadır?

 

Füzuli və Nizami Ələkbərovlar yenidən biznes fəaliyyətini davam etdirirlər. Ələkbərov qardaşları onlara aid olan “İmprotex Grup” şirkətinin başında dayanırlar”.
Bu sözləri Axar.az-a deyən mötəbər qaynağın sözlərinə görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov şirkətə tez-tez baş çəkmir. Holdinqin əsas işlərini oğlu Vüqar və İsmayıllının icra başçısı olmuş qardaşı Nizami Ələkbərovlar idarə edirlər. Keçmiş nazir isə vaxtaşırı ölkə xaricinə çıxır.
Ələkbərovların dövlət vəzifəsində olmazdan qabaq biznes imperiyası qurduqlarını söyləyən mənbə iddia edir ki, onlar baş verən məlum hadisələrdən sonra yenidən öz bizneslərinin başşına keçiblər.
İsmayıllının keçmiş başçısı olan N.Ələkbərov isə hazırda “İmprotex Grup” şirkətində əsas işlərə nəzarət edir.
Qeyd edək ki, nazir təyin olunduqdan sonra “İmprotex Grup” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri postuna F.Ələkbərovun həyat yoldaşı İradə Ələkbərova gətirilib. Eyni zamanda şirkətdə nazirin çoxlu sayda qohumları işləyirlər. Elşən Ələkbərov, Vüqar Ələkbərov, Həsən Ələkbərov, Elxan Ələkbərov şirkətdə önəmli postlar tuturlar.
Hazırda şirkətin çoxsaylı müəssisələri fəaliyyət göstərir.
Xatırladaq ki, Füzuli Ələkbərovun rəhbərliyi ilə “İmprotex” şirkəti 1991-ci ildə yaranıb. Hazırda bu holdinq daha çox “İmprotex Group” kimi tanınır. İlk vaxtlar şirkət Azərbaycanda və keçmiş sovet respublikalarında yalnız ölkə daxilinə turizm turları təşkil edib.
Daha sonra isə şirkət biznesin müxtəlif sahələrində işə başlayıb. Şirkət sadə turların təşkilatçılığından baş ofisi Bakıda yerləşən, BƏƏ və Çində nümayəndəliyi olan çoxşaxəli bir korporasiyaya qədər inkişaf yolu keçdi. Hazırda “İmprotex Group” ölkəmizdə ciddi holdinqlərdən biri sayılır.
Azərbaycanda ilk özəl avia şirkətin - “İmair”in yaradılması da məhz “İmprotex”in adıyla bağlıdır. Hazırda “İmprotex” Şirkətlər Qrupu Azərbaycanın özəl sektorunda aparıcı mövqeyə sahibdir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024