Karusel (9-04-2014, 13:11)
Füzuli Ələkbərov və qardaşının biznes şəbəkəsi hədəfdə
Vəzifəsini təhvil verməklə qardaşını, oğlunu və biznesini qorumağı bacaran sabiq nazirə qarşı yeni hücum dalğası
İndi Füzuli və Nizami Ələkbərovlardan biznes strukturlarını da təhvil vermək tələb olunur
Üstündən xeyli keçməsinə baxmayaraq “İsmayıllı hadisələri” ictimai yaddaşlardan tam silinməyib. Məlumat üçün bildirək ki, sözügedən olayların məntiqi nəticəsi kimi sabiq əmək və əhalinin social müdafiəsi naziri Füzuli Ələkbərovun İsmayıllı rayonunda icra başçısı vəzifəsində çalışan qardaşı Nizami Ələkbərov tutduğu vəzifədən azad olundu.
Bütün ölkədə böyük rezonans doğurmuş həmin hadisələrin “əsas qəhrəmanı” sayılan nazir oğlu isə istintaqa cəlb olunsa da cinayət məsuliyyətinə cəlb olunmaqdan qurtula bildi. Həmin proseslərin üzərindən xeyli keçəndən sonar isə, daha doğrusu president seçkilərindən dərhal sonra Füzuli Ələkbərov da nazir kürsüsüylə vidalaşdı.
Bununla da vəzifəsini təhvil verməklə özünü, qardaşını oğlunu və biznesini qorumağı bacaran sabiq nazir bundan sonra biznes fəaliyyətini genişləndirmək işinə girişdi. Əslində o dövlət qulluğuna da məhz biznesdən gəlmişdi və bu üzdən onun bu sektorda fəaliyyət göstərməsi hər kəs tərəfindən təbii qarşılandı. Bununla da bir vaxtlar hakimiyyət düşərgəsində böyük nüfuz sahibi olan Ələkbərovlar hakimiyyətdən uzaqlaşdırıldı və onlar bütün fəaliyyət ağırlıqlarını biznes sektoruna keçirdilər.
Sabiq nazirin nəhəng biznes şəbəkəsinə sahib olduğu əslində heç kəsə sirr deyil. Hələ 1991-ci ildə F.Ələkbərovun rəhbərliyi ilə “İmprotex” şirkəti yaranıb, tanınmış brendlər Azərbaycan bazarına gətirilib. Bu holdinq daha çox “İmprotex Group” kimi tanınır. İlk vaxtlar şirkət Azərbaycanda və keçmiş sovet respublikalarında yalnız ölkə daxilinə turizm turları təşkil edib. Maraqlıdır ki, bu fəaliyyət az müddət davam edib, sonradan şirkət biznesin müxtəlif sahələrində işə başlayıb. Şirkət sadə turların təşkilatçılığından baş ofisi Bakıda yerləşən, BƏƏ və Çində nümayəndəliyi olan çoxşaxəli bir korporasiyaya qədər inkişaf yolu keçib.
Hazırda “İmprotex Group” ölkəmizdə ciddi holdinqlərdən biridir. Azərbaycanda ilk özəl avia şirkətin – “İmair”in yaradılması da məhz “İmprotex”in adıyla bağlıdır. Hazırda “İmprotex” Şirkətlər Qrupu Azərbaycanın özəl sektorunda aparıcı mövqeyə sahibdir. Şirkət dünyanın ən məşhur şirkətləri ilə əməkdaşlıq edir.
Həmçinin “İmproteks Motors”, “İmproteks Treydinq” şirkətləri təsis olunub. Daha bir şirkət – “İmprotex Distribution Center” isə 2000-ci ildə yaradılıb. Şirkət əsasən istehlak mallarının, eləcə də xırda və iri məişət texnikasının satışı və yayılması ilə məşğuldur. Sabiq nazirin yelkənli qayıq satan mağazaları da var.
Bu xidməti “İmprotex Marine & Sporta Facilities” şirkəti 2005-ci ildə yaradılarkən göstərməyə başlayıb. Şirkət dünya şöhrətli yapon ticarət markası -”Yamaha”nın rəsmi distribütoru kimi fəal istirahət üçün geniş çeşiddə idman və dəniz avadanlıqları təklif edir.
Mənbənin sözlərinə görə, Ələkbərovlar avtomobil bazarında da pay sahibidir. 2004-cü ildən “İmprotex” Şirkətlər Qrupunun Azərbaycanda yeni layihəsi olan MAN yük avtomobilləri üzrə işçi qrupu fəaliyyətə başlayıb. Bu işçi qrupunun fəaliyyətinin ilk addımı olaraq Azərbaycana yeni MAN TGA yük avtomobilləri gətirilib. “İmprotex” Şirkətlər Qrupu müştərilərin ehtiyaclarına və texniki tələblərinə əsaslanaraq MAN yük avtomobilləri üçün cari təmir mərkəzi də açıb. Avropanın ən müasir standartlarına cavab verən Euro-3, Euro-4 mühərrikli MAN avtomobillərini ancaq istefada olan nazirin şirkəti satır. Bundan başqa Ələkbərovların ölkənin bir sıra bölgələrində, əsasən də bir vaxtlar Nizami Ələkbərovun icra başçısı olduğu İsmayıllıda biznes sturukturları fəaliyyət göstərir. Dünən yayılan xəbərlərdə isə artıq Ələkbərovların İsmayıllıdakı biznes strukturlarından birindən – çörək zavodundan həyacanlı xəbərlər daxil olmağa başladı.
Həmin xəbərlərə görə, İsmayıllının keçmiş başçısının zavodunda işləyənlər yenə etiraza qalxıblar.Ötən gün İsmayıllının İvanovka kəndinin bir qrup sakini etiraza qalxıb. Etiraz edənlər İsmayıllının sabiq icra başçısı Nizami Ələkbərova məxsus çörək zavodunun işçiləri olub. Aylardır maaşlarını ala bilməyən işçilər axşam saatlarında bir yerə yığışaraq zavod rəhbərliyinə etirazlarını bildiriblər.Bundan öncə də problemlərini mətbuatda qaldıran ivanovkalılar zavodun direktoru Vaqif Soltanovdan şikayət edərək onun tərəfindən aldadıldıqlarını deyiblər.
“Bundan əvvəl mətbuat bizim narazılığımızdan yazdı, Vaqif müəllim elə həmin gün maaşımızı verdi. Dedi ki, səsinizi kəsin, pullarınız bundan sonra vaxtında veriləcək. Biz də onun sözünə inandıq. Üstündən neçə ay keçsə də, yenə pullarımızı vermirlər. Hər dəfə maaşımızı istəyəndə Vaqif Soltanov bizi acılayaraq işdən qovacağı ilə hədələyir. Kasıb adamlarıq, evə bir tikə çörək apara bilmirik. Dərdimizi kimə deyək?”-deyə işçilər şikayətləniblər.
Sadə ruslar İsmayıllının deputatına üz tutaraq onlara kömək etməyini xahiş ediblər: “Biz deputatımıza müraciət edirik ki, bizə kömək olsun. İnanın ki, biz məcburuq burda işləməyə. Rəhbərlik pulumuzu vermir, üstəlik bizimlə normal şəkildə rəftar da etmir. Heç olmasa desə ki, pulumuz yoxdu, gözləyin, biz gözləyərik, amma onlar bizi aldadırlar. Deyirlər vermirik, xoş deyil çıxın işdən”.
Qeyd edək ki, sabiq icra başçısına məxsus zavod Avira MMC adı ilə fəaliyyət göstərir. Zavodun tikintisinə isə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,5 milyon manata yaxın güzəştli kredit verilib.
Bu arada isə redaksiyamıza İsmayıllıda baş verənlərlə bağlı ilginc məlumatlar daxil olub. Həmin məlumatlarda bildirilir ki, İsmayıllıdakı çörək zavodunda yaşananlar əslində Ələkbərovların biznesinə hücumun ilk əlamətlərindən sayılmalıdır: “Düzdür, həmin zavodda çalışanların narazılıqları var, maaşlarında müəyyən yubanmalar olur. Amma bir məsələ də var ki, bu kimi sıxıntı və problemlər hazırda bir sıra zavod və müəssisələrdə yaşansa da orada çalışanlar etiraz aksiyasına qalxmır. İsmayıllı çörək zavodunda isə işçilərin arxasında dayanan gizli qüvvələr var ki, həmin etirazların həmmüəlliflərindən biri də məhz onlardır. Həmin qüvvələrin əsl məqsədi isə İsmayıllıdakı çörək zavodunu Ələkbərovların nəzarətindən çıxartmağa nail olmaqdır”.
Prosesin bütövlıükdə Ələkbərov qardaşlarının bütün biznes strukturlaeını əhatə edib-etməyəcəyi isə yaxın zamanlarda bəlli olacaq. Hər halda bu Füzuli Ələkbərovun növbəti gedişlərindən çox asılıdır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024