Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (4-10-2014, 14:13)
Fizuli Ələkbərovun 2 milyardlıq varidatı var - Keçmiş nazirlə bağlı ilginc iddia - Mülklərini satışa çıxarıb

DİA.AZ: - Məmurların, ümumiyyətlə, tanınmışların əllərindəki sərvət barədə bilgilər cəmiyyət üçün hər zaman maraqlı olub. Xüsusən də bizlərdə özgəsinin pulunu saymağa həvəsin güclü olduğu bir halda. Biz də bu marağı nəzərə alaraq redaksiyamızın əməkdaşının əldə etdiyi maraqlı bir məlumatı diqqətinizə təqdim etmək istəyirik.


DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, keçən ilin 22 oktyabr tarixində əmək və əhalinin sosial müdafiəsi naziri postundan alınan Fizuli Ələkbərov artıq başqa bir vəzifəyə gətirilmə ehtimallarından da əlini üzdüyündən çıxış yolları aramağa başlayıb.

Məlumatı verən mənbə dia.az-a açıqlamasında iddia edir ki, Fizuli Ələkbərovun İsmayıllıda icra başçısı olmuş qardaşı Nizami Ələkbərov (o, 1995-2000-ci illərdə Mingəçevirdən deputat olub) özünün və ailə üzvlərinin adına olan bir sıra obyektlərin, həmçinin Bakıda 4 mənzilin satışa çıxarılması barədə əmlakçılara müraciət edib».

Məlumatı verən qaynaq bildirir ki, Nizami Ələkbərovun bu addımı bəzi dairələr tərəfindən müxtəlif şəkildə yorumlanmaqdadır: «Amma nahaq yerə. İddia edirlər ki, guya Ələkbərovların pulları qurtardığından bu addımı atıb. Amma daha fərqinə varmırlar ki, satışa çıxarılan evlərin ümumi qiymətindən qat-qat artıq dəyərdə olan mal Ələkbərovların təkcə bir dükanında satışa çıxarılıb».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Bu gün Ələkbərovların 2 milyarda yaxın varidatı var. Yəni belə bir imkana malik bir ailənin ehtiyac içindən hansısa obyektini və yaxud da mənzilini satışa çıxarması inandırıcı deyil. Yəni iş onların ölkədən getmə niyyətlərilə bağlıdır».
 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024