Siyasət / Slayd (23-09-2014, 21:00)
Ramiz Mehdiyevdən daha bir yazı: “Ermənilərin mif yaradıcılığı”
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Ermənilərin mif yaradıcılığı tarixdə mif yaradıcılığı ilk xristian dövləti kontekstində” adlı elmi məqalə ilə çıxış edib.
Mediatv..az saytı AzərTAc-a istinadla xəbər verir ki, müəllif yazır: “Erməni apostol kilsəsi (Eçmiədzin) erməni diasporunun rəhbərliyi, siyasi elita, ideoloqlar və “tarixçilər” ilə birlikdə dünya ermənilərini miflər aləmində saxlamaqda davam edir. Erməni kilsəsi tolerant dünyaya əsrlər boyu bunu təlqin etməyə çalışır ki, xristianlığı dövlət dini kimi ilk dəfə qəbul edən məhz Ermənistan olub. Dünya “hörümçək toru” ermənilərin bəşər tarixində guya “ilk xristian millət” olması barədə məlumatlarla doludur. Hətta Vatikandakı taxçaların birində saxlanılan erməni katolikosu heykəlinin üzərində “301” rəqəmi yazılıb. Hər halda, özlərini tam ciddi şəkildə “tarixçilər” adlandıran erməni mif yaradıcılarının praktiki məqsədini anlamaq çətindir. Bununla belə, fakt faktlığında qalır – onlar ikinci və ya üçüncü olmaq istəmirlər. Yalnız birinci – hətta onların vərdiş etdikləri kimi, tarixi saxtalaşdırmalar bahasına olsa belə”.