Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (28-10-2017, 15:13)
Azərbaycan yeni birliyə daxil olur

Azərbaycan yeni birliyə daxil olur

Türkdilli Ölkələr və Qohum Topluluqların Milli Kitabxanalar Birliyi yaradılacaq.

Mediatv.az  Azərtac-a istinadən xəbər verir ki, “Türkdilli Ölkələr və Qohum Topluluqlar Milli Kitabxanaları Birliyi Statusu” layihə mətni oktyabrın 30-dan noyabrın 2-dək Antalyada keçiriləcək iclasda milli kitabxana rəhbərlərinə təqdim olunacaq.

Qeyd edək ki, 2016-cı il noyabrın 14-dən 17-dək Türkiyədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr, Moldova (Qaqauz Yeri), Rusiya Federasiyasının Başqırdıstan, Saxa (Yakutiya), Tatarıstan respublikaları milli kitabxanalarının iştirakı ilə “IV Türkdilli Ölkələr və Qohum Topluluqlar Milli Kitabxana Rəhbərləri Toplantısı” keçirilib. Bu toplantıda alınan ortaq qərara əsasən, birlik işlərinin hüquqi bazaya oturdulması, beynəlxalq rəsmi bir konfrans statusunda daha fəal və faydalı hala gətirilməsi məqsədi qarşıya qoyulub.

İclasda, həmçinin mərkəzi Ankara olmaqla birliyin Türkiyə qanunvericiliyi əsasında yaradılması, hər cür iş və prosesin Türkiyə qanunvericiliyi çərçivəsində aparılması, müvafiq işlərə Türkiyə Milli Kitabxanasının rəhbərlik etməsi məsələlərində razılığa gəlinib. Bu iclasın yekun sənədi milli kitabxana nümayəndələri tərəfindən imzalanıb.

Bu proseslərin nəticəsində müvafiq ölkələrin də dəstəyi ilə hazırlanan “Türkdilli Ölkələr və Qohum Topluluqlar Milli Kitabxanaları Birliyi Statusu” layihə mətni Antalyada keçiriləcək iclasda iştirakçıların təsdiqinə təqdim olunacaq.

Toplantıda, Azərbaycan, Başqırdıstan, Qaqauz Yeri, Qazaxıstan, Şimali Kipr, Qırğızıstan, Özbəkistan və Tatarıstan qurucu üzv, Bosniya və Herseqovina, Saxa (Yakutiya), Makedoniya, Kosovo, Monqolustan milli kitabxanaları isə müşahidəçi ölkə kimi iştirak edəcəklər.

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024