Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (2-12-2015, 16:44)
Azərbaycan komandaları püşkü gözləyir

 

Sabah UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında növbəti püşk günüdü.

Mediatv.az saytının məlumatına görə, eyni gündə bir sıra turnirlərin püşkatma mərasimi baş tutacaq.

 

Azərbaycan təmsilçilərinin də rəqibləri Nyondakı tədbir zamanı bəlli olacaq. U-17 və U-19 yığmalarının qitə çempionatının 2015/16 mövsümünün elit-raundunun qrupları müəyyənləşəcək. Millilərimiz bu turnirlərdə iştirak etməsə də, U-17-lərin Bakıda keçiriləcək final mərhələsinə yüksəlmək uğrunda mübarizə aparan komandalar qruplara bölünəcək.

 

Hər iki yaş qrupunda 2016/17 mövsümünün seçmə mərhələsinin də püşkü atılacaq.

Bakı vaxtı ilə saat 12:00-da U-17-lərin rəqibləri bəlli olacaq. 52 komandanın 13 qrupa bölünəcək ki, iştirakçılar iki səbətdə ayrılıb. Azərbaycan millisi B səbətində yer alıb.

Final mərhələsi Xorvatiyada keçiriləcək çempionata Almaniya elit-raunddan başlayacaq. Yığmamızın da qatılacağı ilkin mərhələnin oyunları 2016-cı il avqustun 19-dan sentyabrın 10-a qədər keçiriləcək.

 

A səbəti: İngiltərə, Hollandiya, Portuqaliya, İtaliya, Rusiya, Fransa, Çexiya, Avstriya, İspaniya, Polşa, Şotlandiya, Serbiya, İsveçrə, Belçika, İrlandiya, Ukrayna, İsveç, Norveç, Gürcüstan, Yunanıstan, Sloveniya, Macarıstan, Bosniya və Herseqovina, Belarus, İsrail, Slovakiya

B səbəti: Türkiyə, İslandiya, Bolqarıstan, Rumıniya, Şimali İrlandiya, Danimarka, Uels, Albaniya, Estoniya, Finlandiya, Latviya, Moldova, Kipr, Farer adaları, Azərbaycan, Lüksemburq, Makedoniya, Ermənistan, Litva, Monteneqro, Andorra, San-Marino, Cəbəllütariq, Malta, Lixtenşteyn, Qazaxıstan

 

Final mərhələsi Gürcüstanda keçiriləcək U-19-ların çempionatına da İspaniya elit-raunddan başlayacaq. Digər 52 iştirakçı isə ilkin mərhələdə 13 qrupa bölünəcək. Saat 13:00-da başlayacaq püşk öncəsi B səbətində yer alıb. Yığmamızın da qatılacağı ilkin mərhələnin oyunları 2016-cı ilin payızında baş tutacaq.

 

A səbəti: Portuqaliya, Serbiya, Avstriya, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Fransa, Hollandiya, İngiltərə, Danimarka, Yunanıstan, Çexiya, Belçika, İrlandiya, Norveç, İsveç, İtaliya, Xorvatiya, Slovakiya, Şotlandiya, İsveçrə, İsrail, Monteneqro, Makedoniya, Bosniya və Herseqovina

B səbəti: Bolqarıstan, Polşa, Kipr, Uels, Macarıstan, Litva, Rumıniya, Estoniya, Şimali İrlandiya, İslandiya, Latviya, Ermənistan, Malta, Sloveniya, Finlandiya, Azərbaycan, Belarus, Albaniya, Moldova, Lüksemburq, Qazaxıstan, Andorra, San-Marino, Farer adaları, Cəbəllütariq, Lixtenşteyn

 

Bundan başqa, UEFA Regionlar kubokunun da püşkü atılacaq. Həvəskarların avrokubok turnirində 38 ölkə təmsil olunacaq. Bu ölkələrdən 8-i ilkin mərhələdə çıxış edəcək ki, onları da püşk öncəsi səbətlərə bölməyəcəklər.

 

Azərbaycan çempionu da daxil olmaqla, digər 30 ölkə təmsilçisi seçmə mərhələdən mübarizəyə başlayacaq. Bu komandalar isə 2 səbətə bölünüb. Azərbaycan çempionu B səbətində qərarlaşıb. Bu yarışın püşkü saat 17:00-da start götürəcək.

 

İlkin mərhələ

Litva, Şotlandiya, İsveç, San-Marino, Yunanıstan, Uels, Estoniya, Qazaxıstan

 

Seçmə  mərhələ

A səbəti: İrlandiya, Almaniya, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Polşa, Çexiya, Macarıstan, Şimali İrlandiya, Xorvatiya, Serbiya, Ukrayna, Bolqarıstan, Fransa, Portuqaliya

B səbəti: Slovakiya, Belarus, Azərbaycan, Latviya, İngiltərə Bosniya və Herseqovina,  Makedoniya, Malta, Moldova, İsrail, İsveçrə, Finlandiya, Rumıniya, Sloveniya, ilkin mərhələnin 2 qalibi

 

Qeyd edək ki, UEFA-nın qaydalarına əsasən Azərbaycan Ermənistan, Ukrayna Rusiya, İspaniya Cəbəllütariqlə eyni qrupda yer ala bilməz.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025