Siyasət (29-01-2014, 21:38)
Cəmil Həsənlidən maraqlı AÇIQLAMA
“Mən də hələlik professor Rafiq Əliyevin fikirləri ilə kifayətlənirəm. Hazırda Ziyalılar Forumunda müzakirələr gedir. Bütün müzakirələr başa çatandan sonra mətbuata bununla bağlı qərar veriləcək”.
Bunu AzNews.az-a Milli Şura sədri, professor Cəmil Həsənli bildirib. O, vurğulayıb ki, kimin hansı qurumda təmsil olunmasından asılı olmayaraq, insan haqlarının qorunması, demokratiya, siyasi məhbus problemləri, insanların sosial vəziyyətinin yaxşılaşdırılması, ədalət prinsipinin bərqərar olması və s. kimi məsələlər ziyalı adını daşıyan şəxslərin müzakirə mövzusu olmalıdır:
“Bunların hansı ziyalıya aid deyil? Hamısı ziyalının müzakirə edəcəyi məsələlərdir. Mənim Milli Şuradakı fəaliyyətim əslində, ziyalı fəaliyyətindən ibarətdir. Bizim gördüyüm iş, hətta söhbət belə məndən gedirsə, yəni namizəd kimi prezident seçkilərində iştirak etməyim də əslində bir ziyalının gedə biləcəyi yoldur. Yəni, siyasi işdən daha çox ziyalının öz xalqı, milləti qarşısında borcunu yerinə yetirmək funksiyasıdır”.
Xatırladaq ki, Ziyalılar Forumun digər üzvü Əkrəm Əylisli AzNews.az-a açıqlamasında demişdi ki, bu qurum yarananda siyasətə qoşulamamaq əsas prinsip kimi qəbul edilib.