Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (20-06-2014, 11:04)
Biləsuvar Azərbaycanın inkişaf etmiş rayonlarından biridir

 

 

Azərbaycanın inkişaf edən əyalətlərindən biri də Biləsuvar rayonudur. Həyata keçirilən dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində burada əhəmiyyətli nəticələrə nail

olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyevin rəhbərliyi altında rayonun tərəqqipərvər vətəndaşları ölkəmizin inkişafına sanballı töhfə verməkdədirlər.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,1 faiz çox və ya 195,2 milyon manatlıq ümumi məhsul istehsal edilib. İstisnasız olaraq bütün sahələrdə əhəmiyyətli irəliləyiş müşahidə olunub. Kənd təsərrüfatında 69,3, sənayedə isə 7,6 milyon manatlıq məhsul istehsal olunub. Tikinti sektorunda 57,9 milyon manatlıq iş görülüb, pərakəndə əmtəə dövriyyəsi 108,2 milyon manat təşkil edib. Əsas kapitala yönələn investisiyalar artaraq 58,6 milyon manata çatıb ki, bu da əvvəlki ilin göstəricilərini xeyli üstələyir. Ümumi daxili məhsulda özəl sektorun çəkisi artıb.

Mahir müəllimin rəhbərlik etdiyiBiləsuvar rayonunda tikinti və abadlıq sahəsində xeyli işlər görülmüşdür. Rayon mərkəzində ərazisi 2,1 hektar olan Heydər Əliyev Parkı müasir üslubda yenidən qurulmuş, onun ərazisi müasir arxitekturaya uyğun ən müasir avadanlıqlarla təmin edilmişdir. Heydər Əliyev Mərkəzi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatı üçün yeni inzibati binalar tikilib istifadəyə verilmişdir. Ümummilli lider Heydər Əliyevin 8,5 metr hündürlükdə abidəsi ucaldılmış, 56 metr hündürlüyündə Azərbaycan Respublikasının Dövlət Bayrağı quraşdırılmışdır. «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq Biləsuvar şəhərinin içməli su xəttinin çəkilişi başa çatdırılmışdır. İnşası başa çatdırılmış bu obyektlərin 2013-cü ilin sentyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən rəsmi açılışı olmuşdur. Ölkə başçısı həmin tarixdə rayonda səfərdə olarkən, Biləsuvarda gördüklərindən məmnun qalmış, razılığını bu sözlərlə bildirmişdir: «Mən Biləsuvarda dəfələrlə olmuşam. Əvvəlki dövrlərdə də, prezidentlik dövründə də olmuşam. Bu, mənim Prezident kimi dördüncü səfərimdir. Burda gedən abadlıq-quruculuq işləri əlbəttə ki, məni sevindirir. İndiki Biləsuvar əvvəlki ilə müqayisəedilməz dərəcədə inkişaf edibdir. Gözəl şəhər yaradılıbdır. Gözəl binalar tikilib, küçələr abadlaşıb. Bax, bu meydan yox idi. Yeni tikilib. Yəni, hər şey etmək mümkündür. Gözəl Heydər Əliyev Mərkəzi, İcra Hakimiyyətinin yeni binası, park. Budur bizim bugünkü reallıqlarımız. Biləsuvarın timsalında biz regionların inkişafını, dövlət siyasətinin nəticələrini görürük».

Dövlətimizin başçısı Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının davam etdirilməsi məqsədilə sərəncamlar imzalamışdır. Həmin sərəncamlara əsasən hazırda Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması, tibbi avadanlıq və inventarlarla təchiz olunması, rayonun 13 min nəfər əhalisinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Əsgərabad-Muğan avtomobil yolunun tikintisi məqsədilə işlərə başlanılmışdır. Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı sərəncama əsasən görüləcək işlərə də yaxın vaxtlarda başlanılacaqdır.

 Heydər Əliyev, M.A.İbrahimov və Nizami küçələrində hasarların tikintisi, dekorativ üzlük aqlay daşları ilə üzlənməsi, darvazaların yenilənməsi, piyadalar üçün səkilərin kənarlarına bordürlərin düzülməsi işləri görülmüşdür. 30 ədəd yeni işıqlandırma dirəkləri quraşdırılmış, şəhərin cənub istiqamətində girişində müasir üslubda tağvari giriş darvazası, Heydər Əliyev küçəsindəki yolayrıcı dairə və saat kompleksinin Bolqarçay çayı üzərində körpünün giriş və çıxışında 5 fənərli dekorativ işıqlandırma sistemi qurulmuşdur. Biləsuvar şəhərinin Heydər Əliyev küçəsində yaşıllıq zolaqlarında 3,3 min kvadratmetr sahədə qazan örtük salınmışdır. 1000 ədəd dekorativ ağac və gül kolları əkilmişdir. Küçələrdə yöndəmsiz kommersiya obyektləri yenidən qurulmuş, bu obyektlər də dekorativ aqlay daşlarla üzlənmişdir. Şəhərin Heydər Əliyev küçəsində 2,2 kilometr, M.A.İbrahimov küçəsində 1 kilometr yol asfaltlaşdırılmışdır.

Biləsuvar rayonunun iqtisadiyyatını təşkil edən kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir, 

Dövlətimizin təhsilə qayğısı münasibəti Biləsuvarda da uğurlu nəticələr əldə olunmasına şərait yaratmışdır. Son 10 ildə rayonda 9 yeni məktəb binası tikilib, 4 məktəb yüksək səviyyədə əsaslı təmir olunub. Amankənd, Aşağı Cürəli və Xırmandalı kənd orta məktəbləri üçün yeni binalar inşa olunur, 1176 şagird yerlik Ağalıkənd tam orta məktəbinin isə əsaslı təmiri başa çatdırılmışdır. Şəhər 2 saylı, Zəhmətabad kənd uşaq bağçaları üçün 2 mərtəbəli yeni binalar inşa edilib, şəhər 1 saylı bağça isə yenidən qurulub. Rayonun təhsil işçiləri bu qayğılı münasibətə cavab olaraq, yetişməkdə olan nəslin savada, biliyə, təlim-tərbiyəyə yiyələnməsi üçün əllərindən gələni edirlər. Kazımov Balaqardaş müəllimin rəhbərlik etdiyi Biləsuvar Rayon Təhsil Şöbəsi fəaliyyətini günün tələbləri səviyyəsində qurur, təhsil müəssisələrinin əlaqəli işini təşkil edir, onları lazımi metodik materiallarla təmin edir.

Rayonda səhiyyə ocaqlarının maddi-texniki bazası ilbəil gücləndirilir. 6 kənddə müasir tələblərə cavab verən yeni səhiyyə ocaqları tikilib istifadəyə verilib ki, bu da kəndlərdə tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olub. 

  1 iyun Uşaqlarin Beynəlxalq Müdafiyəsi Günü Biləsuvardada yüksək səviyyədə qeyd ediliib. Rayon icra Hakimiyyətinin başçısı Mahir Quluyev və tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. 1 iyun Uşaqlarin Beynəlxalq Müdafiyəsi Günü M.Quluyev uşaqları təbrik etdi və onlara dövlət qayğısından danışdı.

  Umumiyyətlə cənab M.Quluyev tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir. Mahir müəllim cənab Prezidentin sozləri ile desek ozunu Biləsuvar rayon sakinlarinin bir nömrəli xidmətçisi sayır. Əminliklə demək olarki Biləsuvar rayonu öz simasını tamamı ilə dəyişib. Bunu sakinlərlə söhbətimizdədə təsdiqlədilər.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024