Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (10-05-2017, 12:36)
Minsk qrupunun həmsədri Qarabağ münaqişəsinin həllindən danışdı

Minsk qrupunun həmsədri Qarabağ münaqişəsinin həllindən danışdı

 

“Ermənistan və Azərbaycan təmas xəttində hərbi əməliyyatların başlamasının mümkünlüyü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bütün vasitəçiləri narahat edir”.

Mediatv.az Report-a istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland “Amerikanın səsi”nə müsahibəsində deyib.

R.Hoqland münaqişə tərəfləri arasında indiyə qədər insidentlərin yaşandığını təəssüflə qeyd edib.

Eyni zamanda, amerikalı həmsədr Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 28-də Moskvada keçirilən görüşündə münaqişənin sülh yolu ilə həll edilməsinin zəruriliyinin qeyd olunduğunu xatırladıb və buna ümid etməli olduqlarını bildirib. ABŞ-dan olan həmsədr problemi birdəfəlik həll etmək üçün ən yüksək səviyyədə ciddi danışıqların vaxtının çatdığını vurğulayıb.

ABŞ və Rusiya arasındakı ziddiyyətlərin münaqişənin həll edilməsinə mane olub-olmayacağı ilə bağlı suala cavabında R.Hoqland iki ölkənin bu istiqamətdə işləyəcəyinə əmin olduğunu bildirib: “ABŞ və Rusiya arasındakı əlaqələr bu prosesə mənfi təsir göstərməyəcək”.

R.Hoqland bəzi ekspertlərin Rusiyanın Qarabağ münaqişəsinin saxlanmasında maraqlı olması və ABŞ-ın münaqişənin həllinə daha çox cəlb edilməsiylə bağlı bəyanatlarına şərh verib: “Sizi əmin edirəm ki, Rusiya Azərbaycan və Ermənistan arasında münaqişənin olmasını istəmir. Bu, regionda sabitliyi pozar. Əlbəttə, ABŞ və Rusiyanın maraqları fərqli olacaq. Amma bu, o demək deyil ki, biz birlikdə problemləri həll edə bilmirik. Bəli, ABŞ-ın prosesə daha çox cəlb olunmasının gərəkli olduğu fikri ilə razıyam. İndi bizdə yeni administrasiya var. Vaşinqton hələ xarici siyasətin müxtəlif versiyalarını nəzərdən keçirir. Gəlin bir az gözləyək və görək necə olur”.

ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən münaqişə tərəfləri arasında görüşün təşkil edilməsinin mümkünlüyü barədə danışan diplomat bunun mümkün olduğunu, amma sülh prosesində əsas danışıqların iki ölkənin yüksək vəzifəli rəsmilərindən asılı olduğunu bildirib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024