Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (Bu gün, 08:12)
ŞƏT-də böhran: Çin hansı ölkəni dəstəkləyəcək?

 Hindistanla Pakistan arasında artan gərginlik və müharibə ehtimalı hər iki dövlətin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatını çətin vəziyyətə salıb. Təşkilatın digər üzvü Çin müttəfiqi Pakistanı dəstəkləyir. Təsadüfi deyil ki, Kəşmirdəki son olaydan sonra Pakistanın xarici işlər naziri Pekinə gedərək çinli həmkarı ilə geniş fikir mübadiləsi aparıb. İslamabad Pekinin dəstəyinə arxayındır.
Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Hindistanla Pakistan arasında artan gərginliyi şərh edərkən bildirib.
O, Çinin də potensial müharibəyə qoşula biləcəyini vurğulayıb:
“Bu o deməkdir ki, Hindistan Pakistana qarşı hərbi əməliyyata başlayarsa, Dehli qarşısında Çini də görəcək. Kreml mövcud gərginlikdə hər hansı tərəfi dəstəkləmir. Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri planlaşdırılsa da, Kreml son vaxtlar İslamabadla da dialoqu genişləndirib. Putin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən son sammitində Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqlar aparıb, bundan sonra Rusiyanın Baş naziri Mixail Mişustin İslamabada səfər edib. Rusiya Pakistanın nəqliyyat imkanlarından istifadə etməyi planlaşdırır. Dehli Kəşmirdəki terror olayından sonra Pakistana qarşı sanksiyalar tətbiq edib. Bu səbəbdən Dehli Kremlin İslamabadla dialoqunu davam etdirməsinə mənfi yanaşacaq. Bütün hallarda iki nüvə dövləti olan Hindistan və Pakistan gərginliyin azalması yollarını tapmalıdırlar, əks halda bu həm Şanxay Əməkdaşlıq Təşkilatının nüfuzuna xələl gətirəcək, həm də təşkilata üzv dövlətləri çətin seçim qarşısında qoyacaq ki, onlar bunu istəmirlər”.
Qeyd edək ki, Hindistan və Pakistan arasında münasibətlər Cammu və Kəşmirdə 25 nəfərin ölümü ilə nəticələnən 22 aprel terror aktından sonra pisləşib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025